Deputat istefa verdi - Sədrin açıqlaması "yarpaq tökümü"nü gücləndirib

img

24-12-2024 [15:34]


Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlunun sədrlik etdiyi Gələcək Partiyasından deputat istefa evrib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaradan deputat seçilmiş Nedim Yamalı qısa açıqlama yayaraq, partiyasından istefa verdiyini açıqlayıb. 

Yamalın bəyanatında dyeilir: "Bu gündən etibarən, yarandığı gündən bəri çalışdığım Gələcək Partiyasının üzvlüyündən istefa verirəm".

Xatırladaq ki, bir neçə gün əvvəl Davudoğlu “Mən ruhən AK Partiyadan heç vaxt ayrılmamışam, ayrılmayacağam da”, - deyə açıqlama verib. Bundan sonra partiyasından istefalar başlayıb.

Məlumatda o da deyilir ki, Nedim Yamalının istefasındam sonra partiya parlamentdəki fraksiya statusunu da itirib.

Onu da qeyd edək ki, bu partiya CHP-nin sabiq lideri Kılıcdaroğlunun sayəsində parlamentdə 10 deputat yerı qazanmışdı.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR