MSK: daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

img

21-12-2024 [18:39]


Mərkəzi Seçki Komissiyası (MSK) daha 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.

Mia.az xəbər verir ki, bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında qərar layihəsi müzakirə olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək Azərbaycan (GAP), Ədalət, Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad Vətən, Müasir Müsavat, Yeni Zaman partiyalarının 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR