15 təxirəsalınmaz islahat tədbirləri haqqında... - SABİQ NAZİRDƏN TƏHLİL
20-12-2024 [13:59]
Saleh Məmmədov,
Professor,
Sabiq maliyyə naziri
***
Giriş
Olduqca mürəkkəb və şərəfli bir dövrə qədəm qoyuruq. İki minillik tarix boyu dağınıq, pərakəndə, müxtəlif formada əsarətdə olan böyük bir xalqın böyük, sabit, dayanıqlı bir ölkə qurmaq şansı yaranmışdır. Biz hər birimiz fəxr etmək, qürur duymaq huquuna malikik ki, butun bu proseslər məhz mövcud nəslin yaşayış vaxtına təsadüf edir. Keçən əsrin 70-ci illərində Heydər Əliyevin liderliyi ilə milli oyanış başladı, müstəqillik ideyaları müzakirə mövzusuna çevrildi, bu xalq dünyaya tanıdıldı, müstəqil iqtisadi sistemin qurula bilmə imkanları insanların beyninə yeridildi, 80-ci illər böyük mübarizə başladı, açıq döyüşə start verildi. 90-cı illər Əbülfəz Elçibəyin rəhbərliyi ilə Sovet imperiyasının dağılması, dünyada Azərbaycan adında müstəqil, dünyəvi, demokratik dövlətin qurulması, onun dünya ictimaiyyəti tərəfindən tanınması baş verdi. Rus imperiyasının yenidən əks hücumu, mənfur qonşuların əli ilə torpaqların bir qisminin yenidən işğal olunması, yüzlərlə şəhər və kəndlərin dağıdılması, təbii sərvətlərinin daşınması, istismarı (və daha böyük iddialar) baş verdi. 70-ci illərdə bu xalqın müstəqillik ideyalarının və oyanışının əsasını qoyan Heydər Əliyevin yenidən ölkənin başına gəlməsi ilə nisbi sabitlik və stabillik yaranması baş verdi. Ölkə iqtisadi baza və qüdrət yaratmaq mərhələsinə qədəm qoydu və resurslar hesabına ciddi iqtisadi artım təmin etmək dövrünə keçdi. Nəhayət, ən böyük, mohtəşəm və sarsılmaz qələbə Prezident, Ali baş komandan İlham Əliyevin cənablarının başçılığı ilə 21-ci əsrin 20-ci illərində baş verdi, Bu qələbəni 2000 illik başqa milli qələbələrdən fərqləndirən cəhətlər: bütün ağır çəkili tarixi düşmənlər üzərində qazanılan qələbə, ilk dəfə olaraq cəmiyyətin bütün üzvlərinin konsolidasiyası, daxili qarşıdurmaya son qoyulması, Türk birliyinin böyük qüdrətinun təzahürü, sərbəst dövlətin bütün gucunun ortaya qoyulması. Bununla bərabər ölkənin ciddi iqtisadi ehtiyyat yastığının formalaşması.
İndi məhz Prezident İlham Əliyevin inkişaf etmiş ölkə qurmaq proqramını həyata keçirmək üçün bütün iqtisadi və ictimai şərait yaradılmışdır. Hərəkətə keçmək, dərin islahatlar həyata keçirmək üçün zaman yetişmişdir. Bu şansı buraxmağı tarix bizə bağışlamayacaq. Qarşıda bu xalqı daha böyük, möhtəşəm qələbələr gözləyir.
İlk olaraq 15 təxirə salınmaz tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
1. Süni intellekt, proqnozlaşmada texnoloji sistem, informasiya axını
Süni intellekt, uzun müddətdir ki, inkişafdadır və bütün dövlətlər, böyük şirkətlər, universitetlər beynəlxalq təşkilatlar bu problem üzərində artıq 25-30 ildir ki, işləyirlər. Bu sahədə hər yerdə kadrlar hazırlanır. Sistematik olaraq, elmlər inkişaf eləyir və çox böyük nailiyyətə gəlib çıxırlar. Amma təəssüflər olsun ki, ölkəmizdə bu barədə bir əsər-əlamət yoxdu. Bir dənə süni intellekt elementi yarada bilməmişik. Nəinki yaratmaq, çoxunun istifadəsini də həyata keçirə bilmirik. Amma, bu gün süni intellekt elə bir səviyyəyə gəlib çatıb ki, ölkəmiz üçün mütləq bunun inkişafı zəruridir. Bir süni intellekt elementinin gördüyü işi, elə ola bilər ki, heç bir milyon insan görə bilməz. Bu ölkəni çox irəli apara bilər. Ona görə sürətlə inkişaf elətdirilməlidir, kadr hazırlığına başlanılmalıdır. Tək süni intellekt deyil, ümumiyyətlə bu rəqəmsal keçid, iqtisadiyyat qurulması və süni intellektə keçidlə əlaqədar olaraq, artıq 100-dən çox elm formalaşıb. Bunların çox cüzi hissəsi üzrə, ölkədə kadr hazırlanır. Kadrlar da yoxdur, vəziyyət çox gərgindir. Süni intellekt üzrə kompleks bir proqram hazırlamalıdır və bu istiqamətdə maliyyələşmə təmin olunmalıdır. 2023-cü ildə bir neçə böyük kəşflər oldu, proqramlaşma, kodlaşma hətta süni intellekt vasitəsilə həyata keçirilməyə başlandı. Məsələn, ChatGpt-nin çıxması, İBM-in proqram yazılmasında süni intellektl proqramı hazırlanması, Copilot, insanların beynini oxuyan süni intellekt proqramı və s..
Bilirsiniz ki, proqram yazmaq, kodlaşdırmaq çox ağır bir işdir. Bunu yalnız insanlar edə bilir. Amma, 2023-cü ildə İBM elə bir süni intellekt proqramı istifadəyə verdi ki, bununla artıq insanların kod yazma fəaliyyətini süni intellekt əvəz edə bilir. Bununla bərabər, digər bir neçə proqramlar müəyyən olundu. Ona görə bütün dünya ölkələri, həmçinin beynəlxalq təşkilatlar 2023-cü ili süni intellekt erasının başlanğıcı kimi qoydular. Artıq, bütün dünya bu istiqamətdə böyük işlər görür və böyük maliyyə səmərəsi əldə edir. Süni intellektə qoyulan kapital 1 dollar elə hallarda olur ki, 1000 dollar geri qaytarır. Qısaca bu rəqəm 100 dollardan aşağı deyil. Süni intellekt elementi kriptovalyuta bitcoin yeni çıxanda, 1 dollara təqribən 1000 bitcoin verirdi. İndi artıq 1 bitcoin 100000 dollara çatdı. Bu məqsədlə 2009-cu ildə 1000 dollar yatırım etsəydik, bu gün 100 milyard dolların sahibi ola bilərdik. Bizim ÜDM, keçən il cəmi 72 milyard olmuşdur. Süni intellekt xüsusilə bizə bugün informasiya axınının tətbiqi, informasiyanın düzənlənməsi və istifadəsi istiqamətində lazımdır. Azərbaycanda proqnozlaşdırma zamanı yalnız dövlətin rəsmi məlumatları istifadə olunur. Bu da zəruri informasiyanın yalnız 20%-ini təşkil edir. Amma bizə lazımdır ki, 80% əlavə struktursuz məlumatlar toplayaq. Bunlar, bütün sistemdə, sosial şəbəkələrdə, əhalinin arasında olduğunu nəzərə alıb, informasiyanı dəqiqləşdirmək, tapmaq, müəyyən etmək, sistemləşdirmək və böyük məlumatları (Biq data) proqnozlaşdırmada isifadə etmək lazımdır. Məsələn, facebook, twitter, youtube və başqa sosial şəbəkələrdə 10 milyonlarla fərdlərin fikirləri, şərhləri sistemləşdirilir və proqnozlaşdırmaya istiqamətləndirilir. Bunlar hamısı struktursuz məlumatlardır. Proqnozlaşdırmanın effektiv keçməsi üçün mütləq bunları etmək lazımdır. Yəni, süni intellekt proqramı hazırlayıb, proqnozlaşdırmanı belə həyata keçirmək lazımdır. İnkişaf etmiş ölkələrin hamısı bu yol ilə gedir və bu formada proqnozlaşdırma həyata keçirilir. Ona görə də, çox dəqiq və düzgün mənfəətli istiqamətlər alır. Azərbaycanda isə yalnız strukturlu məlumatlar istifadə olunur (rəsmi statistika) ki, bu da heç bir effekt vermir. Hətta, Amerika Birləşmiş Ştatlarından, Yaponiyadan ən gözəl mütəxəssisləri gətirsək belə, bir nəticə əldə edə bilməyəcəyik, çünki bu məlumat bazasından yalnız belə nəticə alınacaq. Alınan böyük məlumatları əl ilə və ya primitiv proqramla işləmək mümkün deyil. Bunu yalnız süni intellekt proqramları işləyə bilər. Elmin, texnologiyanın uğurları burada istifadə olunmur. Buna görə, məsələn, süni intellekt proqramı, data science proqramı tərtib eləyib, ölkənin bütün məlumatlarını toplayıb modelləşdirmə lazımdır . Rəsmi məlumatlar yalnız ölkənin tam informasiya bazası ola bilməz. 10 milyon əhalinin hamısının dərdini, vəziyyətini, nə istəyir, nə fikirdədir, nə söyləyir -bunların hamısını rəqəm halına salıb proqnoza daxil etmək olar. Texnologiyanın, süni intellektin hazırkı səviyyəsi buna imkan verir. Maşın-proqram çox yaxşı işləyir, bizə 20-30 variant-nəticə verəcək və o nəticənin ən yaxşıını seçib, qəbul etmək olar. Tərəfimizdən tərtib edilən Data science proqramı illik Azərbaycana 18-20 faiz artım təqdim etdi. Hökümətin proqnozu is 2025-ci il üçün 3,3% nəzərdə tutulur Bu məsələnin üzərində, çox ciddi sürətdə işləmək və parlamentdə bu məsələləri qaldırıb müzakirə eləyib, ən yaxşı üsulları tapmaq lazımdır. Hər şeydən əvvəl ümumiyyətlə Süni intellekt proqramı və onun icra mexanizmini hazırlamaq zəruridir. Həmçinin, ayrıca kompleks proqnozlaşma üçün xarici mütəxəssislərin iştirakı ilə (çünki ölkədə bu sahədə mütəxəssis-data scientist -yoxdur, hazırlanmır, heç bu elm tədris də olunmur. Amma bu elm dünya üzrə 25 ildir ki, dövriyyədədir) Data science proqramı hazırlayıb, proqnozlaşdırmanı bu proqram vasitəsi ilə həyata keçirmək lazımdır.
2. Yeni sənayeləşmə proqramı. Hər kəndə bir sənaye müəssisəsi-təməl olaraq.
Yeni sənayeləşmə proqramının tərtibinə ciddi ehtiyac var. Qeyri neft sənayesi keçən əsrin əvvəlləri səviyyəsinə enmişdir. Ağır sənayenin, elektron sənayesinin, texnoloji avadanlıq, elm sənayesinin, süni intellekt sənayesinin tamamilə sıfırdan başlanması zəruridir. Çünki, yaradıcı sənaye, ümumiyyətlə, ölkənin iqtisadi dövriyyəsindən çıxarılmışdır. Dünya iqtisadiyyatını bu sahələr irəli aparır. Hər kəndə bir sənaye müəssisəsi təməl olaraq və dövlət, özəl əməkdaşlığı (bu yaxınlarda yeni qanun qəbul elədi) çox köməyə gələ bilər. Yerli icra orqanların, nazirliklərin, hökumətin iştirakı ilə bu prosesi həyata keçirtmək və yeni-yeni sənaye müəssisələri sənayeləşmə proqramı qəbul eləyərək, sənaye müəssisələri yaratmaq lazımdır. Qeri neft sənayesinin inkişafı son zamanlar, xüsusilə sovet sistemindən ayrılandan sonra çox ciddi geriləməyə məruz qalmışdır. Bugünkü qeyri-neft sənayesi, 1970-ci illərin 3 orta elmi -istehsalat birliyinin sənaye məhsulu qədər məhsul vermir. O zamanda, böyük 70 elmi-istehsalat (texnoloji) birliyi var idi. Hətta 1913-cü ildə, Azərbaycanda 2,1 milyon əhalinin 240 min sənayedə iş yeri var idi. Bugünkü gün 10,2milyon əhali var, amma 222 mindən aşağı iş yeri var. Sovet sistemi dağılanda 424 min sənayedə işçi yeri var idi. Bütün sahələrdə sənaye çox geniş inkişaf eləmişdir. Hətta, bizdə 1973-cü ildə heç kimə məlum olmayan Çip zavodu quruldu. Birinci Çip zavodu 1960-cı ildə Amerikada qurulub. Bundan sonra çox keçmədən, Azərbaycanda və Rusiyada quruldu. Heydər Əliyev, bu zavodu (OZON) öz şəxsi nüfuzundan istifadə edərək çox çətinliklə aldı. Hər bir respublika çalışırdı ki, zavodu özləri alsın. Təəssüflər olsun ki, sovet hökuməti dağılan kimi, tamamilə zavod məhv oldu. Zavod, 65 ölkəyə çip və yarımkeçieicilər ixrac edirdi. Hazırkı dövrdə Çip istehsalı dünyada, ən səmərəli, effektli bir sahəyə çevrilmişdir. Çünki, virtual şəraitdə heç bir avadanlıq, maşın bunsuz işləyə bilməz, tələbat həndəsi silsilə sürətilə artır. NVIDIA şirkətinin 2 il bundan əvvəl, kapitallaşma dəyəri 360 milyard dollar idi. İndi, 3,5 trilyon dolları keçib. Qısa zamanda, çip istehsalı hesabına böyük irəliləmə oldu. Virtual şəraitdə hər bir texnologiyanın iki tərkib hissəsi var: hard -texnoloji tərəf və soft proqram təminatı. Bunların arasında uyğunluq yaradan məhz çiplərdir. Yəni, bir neçə ildən sonra çipsiz heç bir texnologiya işləməyəcək. Tayvan (TSC) zavodu bizdən 14 il sonra quruldu. Amma, bu gün dünya bazarının 90 faizini super modern çipləri Tayvan əlində tutur. Böyük ölkələr Tayvan uğrunda mübarizəyə qalxır. Buna görə də, təcili olaraq yeni sənayeləşmə proqramı qəbul etməliyik. 1960-cı illərdə yeni sənayeləşmə proqramı təcrübəsi İngiltərədə həyata keçirildi. O vaxt, sənayenin inkişafı haqqında (1966), xüsusilə, regional inkişaf üzrə qanun qəbul elədilər. Regionların inkişafı üçün daha sürətli iş görmək üçün, belə bir proqram qurdular. Onunla yeni sənayeləşməni həyata keçirdilər. Bu gün, bizdə yeni sənayeləşmə proqramını hazırlayıb və onun həyata keçirilməsi üsullarını tətbiq etmək lazımdır. Sovet vaxtı rayonlar vardı ki, 50-60 sənaye müəssisəsi var idi. Bu gün ondan hər rayonda 3-5 dənə sənaye müəssisəsi qalmayıb. İnsanlar daha çox , Bakıya axıb gəlir və ya başqa ölkələrə üz tutur. . Ona görə ki, neft və gəlir var. Təbii ki, bunun qarşısı alınmalıdır.
3. Əsas kapitala investisiyaların sürətli artımının təmin olunması.
Əsas kapital, zavod, fabrik qurulması, yeni işçi yerlərinin açılması üçün nəzərdə tutlan kapital qoyuluşlarıdır ( sovet dövründə buna əsas yığım fondu deyirdilər). Əsas kapitala yönəldilən vəsaitlər yığım fonduna, əsas fondların yenidən yenilənməsinə, inkişafına, yaradılmasına yönəldilən vəsaitdir. Bu bizdə 1960-cı ildən bəri heç vaxt bugünkü qədər aşağı düşməmişdir. Əsas kapital olmadan, investisiya olmadan iqtisadiyyatı inkişaf etdirmək olmaz. Hesablamalar göstərir ki, əsas kapitala yönəldilən vəsaitlərin ÜDM-də payı 2022-ci ildə 12,8 faizə düşmüşdü. 2014-cü ilə qədər təqribən 27-30 faiz olub. Bu da az idi. İşçi yerlərinin yaradılması üçün, böyük işçi ordusunun işlə təmin olunması üçün bu kapitalın artırılması mütləq zəruridir. Bu göstəriciyə görə, Azərbaycan dünya ölkələrinin əksəriyyətindən gedir tapır. Maddi imkanlar göstərir ki, bu ölkədə əsas kapitalın ümumi həcmini ən aşağısı ÜDM-da 60-70 faizə, hətta 100 faizə qaldırmaq imkanı olar. Ölkənin prezidenti böyük miqdarda ehtiyyat yaratmış, torpaqları işğaldan azad etmiş, iqtisadi sabitlik üçün hər cür şərait yaratmışdır. Əsas kapitala investisiya qoymaq üçün 200 milyard manata yaxın imkan daxili öz resurs formalaşdırmışdır. Bu göstəriciyə görə, Azərbaycan nisbi olaraq, İsveçrə, İsveç, Norveç, Sinqapur, Çin səviyyəsindədir. Hətta, Çindən də daha çox imkanları var. Amma istifadəsi sıfırdır, geridə qalmış Afrika ölkələri səviyyəsindədir (10%). Buna görə, əsas kapitala investisiyaların sürətli artımı mütləqir. BU məsələ üzrə uzunmüddətli inkişaf proqramı hazırlanmalı, çox ciddi kapital qoyuluşları həyata keçirilməlidir. Xüsusilə, regionlarda yeni sənayeləşmə proqramı kimi İngiltərə təcrübəsi ilə eyni belə sistemi inkişaf elətdirmək və qeyri-neft sənaye məhsulunun, qeyri-neft digər məhsullarının həcmini artırmaq lazımdır. Azərbaycanda ABB vasitəsi ilə çox ciddi proqram başlanılmışdır. Amma bu qədər böyük mənbə korrupsiya, mənimsəmə obyektinə çevrildi. Səbəbi qanunvericilik bazasının olmamaması və məmur məsuliyyətsizliyi. Belə bir proqram üçün Layihə maliyyələşdirilməsi haqqında qanunun və ya qanun qüvvəli sənədin hazırlanması (heç olmasa Mərkəzi bankın geniş təlimatı) lazım idi. Bu sənədin ən yaxşı variantı Böyük Britaniyadadır. İngiltətənin analoji sənədi minlərlə səhifə tutur. Belə bir sənəd olsa idi ABB layilərindən bir manat da yeyinti ola bilməzdi, bu layifələr iqtisadiyyatı çox irəli apara bilərdi.
4. Yaradıcı və ya istehlakçı cəmiyyət
2014-cü ildə yaradıcı xərclər, xüsusilə əsas kapitala yönəldilən vəsait (adambaşına) Ermənistan və Gürcüstandan təqribən, 1,7-2 dəfə çox idi. İndi, onlardan 30-40 faiz azdır. Ona görə ki, onlarda yüksək artım var. Bizdə isə ciddi bir artım yoxdur. Keçən əsrin 70-ci illəri istisna olmaqla bütün mərhələlərdə Azərbaycan istehlakçı cəmiyyət olaraq qalır, bu proses nə qədər müəmmalı görünsə də müstəqillik illərində xeyli güclənmişdir.
Yaradıcı cəmiyyət nədir, nə üçün bu cəmiyyətin yaradılmasına nail ola bilmirik?
Bunu əsasən üç gösərici təyin edir: Ümumi daxili məhsulun tərkibində əsas kapitala qoyulan vəsaitin payı- yaradıcı cəmiyyətlərfə çox yüksək olmalıdır (40-50 faiz) Məsələn, Çində yaradıcı cəmiyyət yaranır və çox böyük uğurlar qazanırlar. 1978-ci ildən bəri ÜDM-də Yaradıcı xərclərin rəqəm 42%-dən aşağı düşmür (daha çox olub, amma aşağı düşməyib). Bu tələb edir ki, yaradıcı cəmiyyət yaratmaq üçün müvafiq proqnozlarda dəyişikliklər etmək lazımdır. Əgər bir data science proqramı qoya bilsək, süni intellekt proqramı qoya bilsək, mütləq bu dəyişiklikləri verəcək. Bunun üçün əsas kapitala yönəldilən vəsaitlərin artımı, yəni Azərbaycan üzrə ən aşağısı 50 faizə qaldırılmalıdır (bu gün də bu gösəricidə elə bir artım yoxdu, bu ilin 10 ayın hesabatına görə əsas kapitala qoyulan vəsaitlərin payı 13,7 faiz təşkil edir.) Bu 60-cı illərdən bu yana ən aşağı səviyyədir, eyni zamanda, inkişaf etməkdə olan ölkələr üzrə ən aşağı gösəricilərdən biridir. Bunu gərək yaradıcı cəmiyyət üçün 50 faizə qaldıraq (70-ci illərdə H. Əliyev bu rəqəmi 50%-ə şatdırmışdır.). Belə olan halda əsas kapitala yönəlmiş vəsait indiki 20 milyard manat deyil, ən azı 60 milyard manat olmalı idi. İkinci vacib gösərici elm xərclərinin ÜDM-də payıdır. Eyni zamanda elmə çəkilən xərclər 3 faizdən çox olmalıdır. Azərbaycanda cəmi 0,18 faizdir. Bu ildə yenə azalması nəzərdə tutulur.
70-ci illərdə Heydər Əliyevin rəhbərliyi dönəmində elm xərcləri (tədqiqat və inkişaf xərcləri) 120 milyon dollardan 525 milyona çatdırıldı, 2025-ci il üçün isə təqribən 145 milyon planlaşdırılır. 1980-ci ildə dünyada ən sürətli elmi-texnoloji inkişafa malik İsrailin elm xərcləri 1,1 milyard dollar təşkil edirdi, indi isə 28 milyard dollar: 57 müsəlman ölkəsinin elm xərclərindən 8 milyard dollar daha çox. Dünya miqyasında Azərbaycan yeganə ölkədir ki, 1980-ci illə müqayisədə elm xərcləri azaldılsın və həm də 4 dəfədən çox. Bu istehlakçı cəmiyyət sindromundan təbii ki, qurtarmaq lazımdır. Belə vəziyyətdə ölkənin inkişafı üçün yaxşı heç nə gözlənilmir. Bunun üçün yenə proqramlar tərtib eləyib, proqnozlaşdırma sistemində bunları nəzərə almaq lazımdır. Üçüncü vacib göstərici elmi məhsul ixracının cəmi ixracda payıdır. Təəssüf ki, bu istiqamətdə heç nə nəzərə çarpmır. Elmi-texnoloji məhsul ixracı yeni yeni dirilir, illik 5 mln dollardı, bu rəqəm ən geridə qalmış ölkələr sırasındadır.
Bu istiqamətdə digər bir problem ölkəni addım-addım müşahidə edən demoqrafik böhrandır. Yaradıcı subyekt əsasən insan və onun yaratdığı məhsullardı. Demoqrafik böhran, demoqrafik proseslərin əks istiqamətdə getməsi bütün inkişaf etmiş ölkələrdə var. Bu bir sivilizasiya xəstəliyidir. Harda inkişaf, irəliləmə varsa bu proses orada özünü büruzə verir. Təbii ki, biz Almaniyadan, Fransadan, İngiltərədən fərqli ola bilmərik. Əhalinin artımı bu ölkələrdə yoxdur. Bütün inkişaf etmiş ölkələrdə vəziyyət eynidir. Biraz Amerikada yerli əhalinin hesabına və miqrasiya hesabına artım var. Bu istiqamətdə ciddi proqram qəbul eləyib, doğumun stimullaşdırılması, uşaq pullarının problemlərini həll etmək lazımdır. İnsanların fikrini proqnoza salmalıyıq. Ölkədə artımı normal təmin etmək üçün 1 ailəyə ən azı 2 uşaq lazımdır. Ən böyük böhranı burada görürəm. Çünki, insan olmayan yerdə heçnə olmayacaq. Rusiyada hər ildə 1 milyon rus milləti azalır. Rus demoqraflarının fikridir: haradasa, 2200-cü ilə bu millətin Qırmızı kitaba düşməsi ehtimalı var. Bizdə də belə halın baş verməməsi üçün xüsusi demoqrafik proqram tərtib etmək, doğumun stimullaşdırılması üçün bu prosesi sürətləndirmək, eyni zamanda miqrasiyadan istifadə etmək lazımdır. Miqrasiya da bizdə aktiv olmalıdır. Xüsusilə, qardaş Qazaxıstan təcrübəsi yararlı ola bilər. Başqa ölkələrdən milləti çəkib gətirmək üçün ciddi proqram tərtib etdilər və yerinə yetirirlər. Çində, İranda, başqa ölkələrdə qazaxların çoxunu evlə, işlə təmin edərək ölkələrinə gətirilməsini təşkil etdilər. Bizdə də bu problem çox ciddidir. Xüsusilə, azərbaycanlıların, burada yaşayan əvvəlki başqa millətin nümayəndələrinin yavaş-yavaş ölkəyə miqrasiyasın təmin etmək məqsədəuyğundur.. Həmçinin, başqa ölkədən elmi-texnoloji inkişafla əlaqədar olaraq, miqrasiyanı təşkil edib, qurmaq lazımdır.
5. Büdcə sistemi, gəlir və xərcləri
Büdcə həddindən artıq böyüyür. Büdcənin artırılması, dövlətlə özəl sektor arasında münasibətlərin tənzimlənməsi zamanı, 3 əsas şərti nəzərə almaq lazımdır:
1). Şəxslərin əlində qalan pul dövlətin əlinə keçən puldan qat-qat güclüdür. Bu tək Azərbaycanda yox, bütün dünyada belədir. Lakin, bu fərq Azərbaycanda 3-4 dəfə daha böyükdür. Əhalinin, investorların əlində pul saxlamaq lazımdır ki, ölkəni inkişaf elətdirsin. 10 ay ərzində büdcədə 3,4 milyard manat profisit əmələ gəlmişdir. Bu ölü puldur. Pul nə vaxt ki, ölüdür, heç bir effekt verə bilməz.
2). Risksiz dollar, manat riskli puldan çox daha qüvvətlidir.
3). Bugünün dolları sabahkı dollardan daha qüvvətlidir. Vaxt keçdikcə, hərəkətsiz pul ölür, dəyərini itirir. Büdcənin bir qədər məsrəflərini daha çox özəl sektorun öhdəsinə buraxmaq lazımdır. Bununla bərabər dövlət tərəfindən amma özəl sektorun üzərinə buraxmaqla yanaşı büdcədən əsas xərc maddələri, təhsil, təhlükəsizlik, səhiyyə daha çox bu mənbədən maliyyələşdirilməlidir . Bu xərclərin ödənilməsi vacibdir. Əsasən, proqnozlaşdırmada bu məsələyə diqqət yetirmək lazımdır. Əsas yükü özəl sektora vermək lazımdır. ÜDM-da hökümətin payı ilə iqtisadi artım arasında tərs mütənasib asılılıq var.
6.Vergi siyasəti və rəqəmsallaşma
Vergi siyasəti üzrə rəqəmsallaşma çox yaxşı gedir. Bir neçə ildir ki, yaxşı bir sistem qurulub. Amma bu sistemin qurulması, o demək deyil ki, yaxşı nəticə verir. Hər hansı tədbir görülərkən mütləq tam asılılıq təhlil olunmalıdır, səbəb-nəticə əlaqələri tam öyrənilməlidir. Böyük informasiya bolluğu şəraitində isə bunu sadə əl əməyi və ya primitiv proqramla ilə yerinə yetirmək mümkün deyil. Süni intellekt vasitəsi ilə bu alqoritm təhlil olunsaydı dərhal proqram səbəb-nəticə əlaqlərini görəcəkdi. Belə süni intellekt təhlili olmadığına görə vergiqoymanın rəqəmsallaşması bütöv iqtsadyyata daha çox zərər verir. Doğrudur, rəqəmsallaşma vergiqymada kəskin surətdə korrupsiyanın qarşısını aldı, rüşvəti minimuma endirdi. Rəqəmsallaşma vergidən yayınmanın qarşısını aldı, tam ödənilməsini təmin etdi, vergi məbləğini xeyli artırdı. Amma islahatın məqsədi yalnız vergini artırmaq deyil, bunlar hamısı iqtisadi artıma xidmət edir. Bu rəqəmsallaşma isə özəl sektorda pul qoymadı, kəskin investisiya qıtlığı yaratdı, iqtisadi artıma pis təsir etdi. Özəl sektorda pul qalmayıb. Əvvəl rüşvətlə də olsa verginin bir qismini öz sərəncamında saxlayırdılar və investisiya edirdilər, yeni vergi obyekti, yeni iş yerləri yaradırdılar. Bütün dünya 70-ci illərin təklif nəzəriyyəsi, Laffer üsulu ilə gedirlər. Azərbaycanda da bu proqramla getmək lazımdır. Bu gün əvvəla, vergi dərəcələrini mütləq aşağı salmaq lazımdır. Sonra rəqəmsallaşmaya gedirsənsə çox yaxşı əlamətdir. Amma, vergi dərəcələrini mütləq ciddi sürətdə aşağı salmaq şərti ilə islahat lazımdır. Məsələn, bizim hesablamalar göstərdi ki, bu il optimal vergi dərəcəsi mənfəət vergisi üzrə 10 faizə, əlavə dəyər vergisi 12 faizə endirilsə ciddi artım əldə edilə bilərdi. Siz təsəvvür edin ki, bu mənfəət vergisini 10 faizə endirməklə əhalinin əlində 3,0 milyard əlavə pul qalacaqdır. Bu pul orda qalırsa, sadəcə dövlətin əlinə keçən 3,0 milyarddan 3-4 dəfə çox effekt verəcəkdir. Amma, ümumiyyətlə, Estoniya variantı ilə mənfəət vergisindən şirkətlərin tam azad olunması və yalnız dividendlərə yönəldilən vəsaitlərdən yüksək dərəcəli vergi ödənilsəydi daha böyük iqtisadi artım əldə edilə bilərdi. 1970-ci illərdən bəri, dünya iqtisadiyyatını böhrandan çıxardan təklif nəzəriyyəsidir və Lafferin əyrisidir. O zaman, o da bunu isbatlayana qədər çox zaman keçmişdir. Vergi dərəcələrinin azaldılması ilə, vergi məbləğləri azaldılmaycaq əksinə, çoxalacaqdır. Elə də oldu. Ona görə də, vergilərin dərəcələrini aşağı salmaq lazımdır. Nəyə görə azalmayacaq?
Birinci, dövlət gəliri əlində yığırsa və orada dondurursa, ölü pula çevirirsə bu heç bir səmərə vermir. Amma əhalidə qalan pullar isə yeni vergi obyektlərinə gedəcəkdir.Əhali burda da yenə vergidən yayınma hallarını minimuma endirəcəkdir.
İkincisi, Bu bütün ölkədə iqtisadi artımı gücləndirəcək və hər yeri, hamını zəncirvari reaksiya formasında güclü sürətdə aktivləşdirəcək. Hamı işləyəcək, çalışacaq. Ona görə, bu siyasətdə ciddi dəyişiklik etmək lazımdır. Son, azalmaya meylli vergi islahatı 2010 cu ildə olmuşdur, mənfəət vergisinin dərəcəsi 20%-ə endirilmişdir. 2010-cu ildən sonra vergilər necə var elə qalıb. Digər islahatlar qeyri neft və özəl sektorda gəlir vergisinin nisbətən azaldılması olmuşdur. O da problem həll eləmir. Amma artırma meyli vergi dəyişilikləri demək olar ki, hər il baş verir. Vergilərin artımı daimi ümumi iqtisadi artımı üstələyir. Dünya təcrübəsi göstərir ki, belə vəziyyət gec – tez dərin böhranla nəticələnir. Belə siyasət dövlətin iqtisadiyyata yersiz müdaxiləsini gücləndirir, daimi investisiya qıtlığı yaradır, biznes təşəbbüskarlığını boğur, passiv-ölü pullarən payını artırır, özəl sektorun inkişafını kəskin surətdə ləngidir. Azad bazar ölkələrinin hamısında iqtisad artım büdcə artımını qabaqlayır. ÜDM-də hökümətin büdcəsinin payı artdıqca iqtisadi artım zəifləyir, əksinə, azaldıqca iqtisadi artım güclənir. Trampın yeni höküməti də büdcəni 2 trilyon azaldacaqlarını elan etdi.
7. İqtisadi inkişaf mənbələrinin səfərbər olunması və maliyyə bazarlarının formalaşması.
Bu gün investisiyaların mənbələri göstərir ki, Azərbaycanda investisiyaları 200 milyard manata çatdırmaq üçün ölkənin öz mənbəəsi var. İnvestisiyaların mənbələri birinci ən çoxu istifadə olunan Qərb ölkələrində 60-70 faizi kreditlər hesabına maliyyələşdirilir. Azərbaycanda bu pay çox cüzidir -3-4%. Bunu dərhal dəyişmək və bank aktivlərini hərəkətə gətirmək lazımdır. İnkişaf etmiş ölkələrdə bank aktivləri ÜDM-dən xeyli çoxdur. Məsələn, Çində 2.2 dəfə, Qatarda 2,1 dəfə, Cənubi Koreyada 1,8 dəfə çoxdur. Azərbaycanda isə bu rəqəm cəmi 40% təşkil edir.
Digər bir mənbə pensiya aktivləridir. Dünyanın ən yaxşı pensiya sistemi Hollandiyadadır. Hollandiyada 1 trilyon 10 milyard ÜDM var. 1,6 trilyondan çox pensiya aktivləri var. Bu pensiya aktivləri hesabına həm Hollandiya öz kapitalına mənbələri təmin edir, həm də bütün dünyaya yaya bilir və dünyada yerdə qalan 1 trilyon 100 milyarddan ən aşağısı 100 milyard yenidən qazanır. Bizdə buna getməliyik və bu formada həll etməliyik. Pensiya aktivləri ümumiyyətlə Azərbaycanda hərəkətsizdir, ölüdür. Ciddi islahat aparılması məqsədəuyğundur. Sığorta aktivləri çox güclü mənbədir. Bu sahədə bir az inkişaf var. Sığorta aktivləri ÜDM-nin 3,1 faiz təşkil edir. ÜDM-də sığorta aktivlərinin payna görə Tayvan 229%-lə birinci yerdədir. Bu sahədə də imkanlar çox böyükdür. Amma yenə də aktivləşdirilməlidir. Əhalinin xüsusi vəsaitlərinin, eyni zamanda maliyyə bazarlarının imkanlarının geniş istifadəsi zəruridir. Bir neçə tezislə hər şeyi açmaq olmur. Bunlar təbii ki, böyük proqramların obyektidir. Azərbaycanda maliyyə bazarı demək olar ki, yox səviyyəsindədir. Başqa ölkələrlə müqayisədə götürəndə, məsələn, Sinqapuru bu səviyyəyə gətirən sistem maliyyə bazarlarıdır. Sinqapur bunun hesabına 2 trilyon vəsait cəlb edə bilir. Sinqapurun iqtisadi potensialı, maliyyə aktivləri ÜDM-nan 3-4 dəfə çoxdur. Ölkədə bu qədər vəsait olan yerdə heç bir problem ola bilməz.
8. Pensiya islahatları və tibbi sığorta
Pensiya islahatları çox vacib bir şərtdir. Nəinki insanların rifah halının qaldırılmasını, həmçinin ölkənin investisiya mənbələrinin formalaşmasını - maliyələşdirilməsini nəzərdə tuturam. Pensiya islahatlarında 5 əsas şərtlər həyata keçirilməlidir. Birinci məsələ, insanların pensiya aktivlərini fərdiləşdirmək və dövlətin ciddi müdaxiləsini burada azaltmaq lazımdır. Bugün pensiya əmanətçiləri öz vəsaitlərinə sərəncam verə bilmir, dövlət sərəncam verir. Sanki, sosial sığorta ödəmələri vergi kimi götürülür və dövlət tərəfindən istifadə edilir (Sovet sistemi). İkinci, pensiya yığımları üzərində vətəndaşın müstəsna əmanət hüquqnun təsdiqlənməsi. Hazırda vətəndaş bu hüquqdan mərhumdur. Üçüncü, bu əmanətlərin investisiya edilməsi və gəlir qazanmaq hüququ da təsdiqlənməli, pensiya fondlarının icazəsi ilə bu vəsaitlər investisiya obyektlərində yerləşdirilə bilər və vətəndaş buradan pul qazana bilər. Bütün pensiya toplanması vaxtı pensiya aktivləri mürəkkəv faiz hesabı ilə əsas ödənilmiş məbləgin iki-üç qatını qazana bilir. Dördüncü, vətəndaş pensiya yaşı çatmadan da bu vəsaitlərin bir qismini biznesə, mənzil almağa, tibbi məsrəflərini ödəyə bilməlidir. Beşinci, birmənalı şəkildə, pensiya aktivlərinə vətəndaşın müstəsna varislik hüququ tanınmalıdır. Hər bir halda pensiya qalığı qəpiyinə qədər varisinə qaytarılmalıdır . Vətəndaşın hər birinə əmanət hesabı açıb, pensiya aktivlərini əmanətlərə köçürmək lazım olacaq. Dövlətlə bütün maliyyə məsələləri borc kimi tənzimlənməlidir və vətəndaşın pensiya aktivləri dövlət tərəfindən götürülürsə və ya artıq götürülmüşdürsə, maliyyə bazarları vasitəsi ilə daxili dövlət borcuna aid edilməlidir. Əksəriyyət ölkələrdə tibbi sığorta da pensiya aktivləri ilə eyni mənbəədən ödənilir.
Tibbi sığorta hazırda çox zəif formada tətbiq olunur. Sinqapurda bu iki fond bir yerdədir. Həmin əmanət hesabına tibbi sığorta xidmətləti də maliyyələşdirilir. Oradan ümumi qaydada istifadə olunur. Hətta, pensiya fondlarından hər bir şəxsin fərdi pensiya aktivlərini kiçik biznes qurmaq üçün, mənzil almaq üçün istifadə etmək olar. Sinqapurluların 90 faizi bu fond hesabına, yəni pensiya aktivləri hesabına mənzil aldılar. Bu ölkəni ciddi sürətdə inkişaf etdirdi. Bu reformlar, sistemlər Azərbaycanı inkişaf etmiş ölkə səviyyəsinə çatdıracaq. Sinqapur bu yolla 1965-1980-ci illər ərəfəsində artıq inkişaf etmiş ölkəyə çevrildi. Bu ərəfədə, yəni 15 ildə ÜDM 15 dəfədən çox artdı. İnkişaf etmiş ölkəyə çevrilmək üçün minimum adambaşına 20 min dollar düşməlidir. Eyni nəticəni Pribaltika ölkələri əldə etdi. 30 il əvvəl bizimlə eyni səviyyədə olan bu ölkələr hazırda adambaşına Azərbaycandan 3-4 dəfə çox məhsul istehsal edir.
9. Bank aktivlərinin hərəkətə gətirilməsi, CBDC və kriptovalyutalar
Azərbaycan iqtisadiyyatının ən böyük problemi bank problemidir. Ölkədə mövcud banklar kassa-hesablaşma mərkəzi kimi fəaliyyət göstərir. Banklar iqtisadiyyatın qan damar sistemidir. Harada bir balaca tromb əmələ gəldi o iqtisadiyyat öləcəkdir. Bizdə isə bank aktivlərinin hərəkətə gətirilməsində hər damarda problem var. . Bank aktivləri vasitəsi ilə cəmi ÜDM-nin 40 faizi səfərbər edilə bilinir. Bütün inkişaf etmiş ölkələrdə ÜDM-dən 3-4 dəfə çox bank aktivləri var və onun hesabına ölkələr inkişaf edir. Hazırda əsası 70-ci illərdə qoyulan (Nobel mükafatı laureatı Fredrix Hayek) liberal pul tədavülü nəzəriyyəsinin tətbiqinə başlanması pul tədavülündə dövlət inhisarının aradan qaldırılmasını, dövlətə rəqib olaraq özəl valyutaların buraxılmasını (hər ölkəyə orta hesabla 100 özəl valyuta düşür), həmçinin kriptovalyutaların dövriyyəyə girməsi və milli valyutaların rəqəmsallaşdırılmasını (CBDC-Central Bank digital currency) sürətləndirməyi tələb edir və çox böyük əhəmiyyətə malikdir. Dünya monetar tənzimləmədə inqilabi dəyişiliklər gedir, yeni sistem, yeni tənzimləmə mexanizmi formalaşır. Amma, ölkəmizdə yenə də hər hansı addım atılmır, nə rəqəmsal manatın buraxılması, nə özəl sektorun pul vahidlərinin yaranması istiqamətində hər hansı işarət belə yoxdur. (Bir yalnız özəl iş adamlarının Azcoin deyə özəl kriptovalyuta buraxma iddiaları istisna olmaqla) Ölkədə dünyanın top 100 banklarından heç biri fəaliyyət göstərmir. Yeganə inhisar – klassik manat ölkənin həddindən çox valyuta ehtiyyatları olmasına baxmayaraq daimi təqib altında tutulur. Manat 2015-ci ilin tamamilə əsassız devalvasiyanın təsiri dairəsindən çıxa bilmir. Nağdısız dünya iqtisadiyyatına keçid istiqamətində təsirli tədbirlər alınmır, bank və maliyyə fəaliyyətinin süni intellekt bazasına keçiddə ciddi gerilik müşahidə olunmur, bank sferası bir neçə mülkiyyətçinin inhisarındadır. Ölkə iqtisadiyyatı dərin bank, pul tədavülü və maliyyə bazarları islahatlarına məhkum durumdadı. Birinci növbədə bank və pul tədavülünü inhisadan qurtarmaq üçün xüsusi proqrama ehtiyac var. Bunun üçün dünyanın top 100 bankının ölkəyə dəvət edilməsi (inkişaf etmiş və sürətlə inkişaf edən ölkələrin hamısı birinci növbədə bu məqsədə nail olmaqdan başlamışdır), nağdısız iqtisadiyyatın qurulması sisteminin hazırlanması, nağdı klassik manatın rəqəmsal manatla əvəzlənməsi, dərhal özəl valyutaların və rəqəmsal manatın (CBDC) buraxılmasına başlanması, uçot dərəcələrinin və ehtiyyat normalarının ciddi azaldılması (Qərb ölkələri səviyyəsinə), açıq bazar əməliyyatlarının genişləndirilməsi, Layihə maliyyələşdirilməsi qanunun və müvafiq təlimatların hazırlanması, valyuta ehtiyyatlarının (xüsusilə Mərkəz bankının) şəffaf və hesabatlı idarəetmə mexanizminin qurulması, dövriyyədə olan çirkli pulların dövriyyəyə cəlb edilməsi üçün aministiya qanununun, həm də Manatın dəyərinin qorunması qanunun hazırlanması və digər tədbirlərin həyata keçirilməsi zəruridir. Global dünyada bu tədbirlər bundan xeyli əvvəl yerinə yetirilmişdir.
10. Pul bolluğu, pul coğrafiyası
Pulun qlobql coğrafiyasında disproporsiya dözülməz səviyyəyə çatmışdır. Pulun yaradılma mənbəyi ilə toplanma coğrafiyası müxtəlifdir, mənbə coğrafiyası bütün ölkələrdir, amma mərkəzləşmə məkanları əsasən inkişaf etmiş ölkələrdir. Mənbəə etibarı ilə Azərbaycan nisbi olaraq ən çox pul yaradan ölkələrdənir. Amma coğrafiya dəyişir. Azərbaycan istifadəyə görə ən geridə qalan ölkələr siyahasına daxildir. Pulun effekti yerləşdiyi ölkədə büruzə verir və nəticə verir. Başqa ölkələrdə yerləşdirilən pul vəsaitləri əsasən o ölkəyə fayda təmin edir. Bütün müsəlman ölkələrində vəziyyət Azərbaycandakı kimidir. Xüsusilə neft dollar bazarı müsəlman ölkələrinin xeyrinə saldo ilə işləmir. Müsəlmanların bütün resursları inkişaf etmiış ölkələrdə yerləşdirilir və onların da xeyrinə çalışır. Borc bazarı da müvafiq olaraq bu prisiplə bölünür. Xarici borcları çox olan ölkələr əsasən inkişaf etmiş ölkələrdir. Kommunist və müsəlman ölkələr isə borcdan daha çox qaçırlar. Azərbaycan da müsəlman ölkəsi kimi borcdan, xüsusilə xarici borclardan uzaqlaşır, minimum xarici borca sahibdir. Ölkəyə məxsus əsas ehtiyyatlar xarici ölkələrdə saxlanılır. Belə siyasət ölkəyə lazım olan pul bolluğuna yox, əksinə pul qıtlığına, xüsusilə investisiya qıtlığına gətirib çıxarmışdır, faizlərin artmasına, iqtisadi artımın azalmasına gsəbəb olmuşdur. Adətən hökümətlərin səmərəlilik indeksi pul qıtlığı ilə deyil, pul bolluğu ilə qiymətləndirilir. Dünya ölkələri içərisində, harada ki böyük birinci sinif banklar var, pullar əksərən o tərəfdə dövr eləyir. Lüksemburq Avropanın ən kiçik ölkələrindən biridir. Bu ölkənin, cəmi 100 milyarda yaxın ÜDM-u var. Lakin, 3 trilyon dollardan şox xaricdən pul cəlb eləyir. Halbu ki, 57 müsəlman ölkəsi Luksemburqun yarısı qədər vəsait cəlb edə bilmir. Pulun coğrafiyası belə dəyişir. Bizdə isə 200 milyard manata yaxın kredit resursları var. Şərait var, pul var, ancaq böyük əksəriyyəti (120-130 milyardı) xarici banklarda yerləşdirilir. Bu da çox böyük riskdir. Məsələn, yerli banklar ilə normal bir sistem qurula bilər. Beynəlxalq əmanətlərin təşkilini, bu aktivlərin hərəkətə gətirilməsini təmin edə bilər. Dollar rezervlərini biz onlarda saxlamaq qarşısında yəni bir qismini banklarda, onlar aktivlərinin cəmi bir faizini Azərbaycanda saxlasalar böyük miqdarda vəsait cəlb edə bilərlər. Qlobal top 100 bankın aktivlərinin həcmi 120-130 trilyon dollar arasındadır.. Onun 1 faizi 1 trilyon 300 milyard edir. Belə olsa ölkədə investisiya axtarmağa ehtiyac qalmaz. Bu banklar gəlincə, bank aktivlərinə passivlər artan kimi faizlər dərhal düşəcəkdir. Bu gün ən çox resursu olan bizim ölkədir, amma ondan istifadə edə bilmədiyimizə görə, ən yüksək faizlər də bizim ölkədədir. Bu faizlərlə iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Həmçinin, bankların işinin rəqəmsallaşdırılması, CBDC, kriptovalyutaların buraxılması, süni intellekt elementlərinin tətbiqi, nağdı pulun aradan qaldırılması, təmiz nağdısız iqtisadiyyatın, ofşor bank və ticarət biznesinin qurulması müasir süni intellekt erasının çox vacib elementləridir. Bu kriptovalyutalar, dolların, avronun aradan çıxarılmasına və ya ciddi inflasiyasına gətirib çıxaracaq . CBDC haqqında, 180 ölkə artıq çox ciddi işlər görüb, bir çoxları milli rəqəmsal valyutalarını testdən keçirmiş və yaxşı nəticə əldə etmişlər. Gecikmək, sıradan çıxmaqla nəticələnə bilər. Ölkədə pul bolluğu yaratmaq üçün həmçinin ofşor biznes elementlərini aktivləşdirmək lazımdır. Dünyanın 100 trilyona yaxın ÜDM var, ofşor dövriyyə bu məbləğin yarısına çatır. Ofşor zonaların 90%-i inkişaf etmiş ölkələrdədir. Ələt sərbəst iqtisadi zonasında ofşor biznes (o cümlədən) mərkəzinin yaradılması çox kömək edə bilərdi. Nəzərə almaq lazımdır ki, beynəlxalq əməliyyatı olan Azərbaycan şirkətlərinin əksəriyyətinin ofşor şirkətləri var, amma ba.qa ölkələrdə və dövriyyələri də o ölkələrdən keçir. Bu tamamilə leqal, beynəlxalq konvesiyalarla tənzimlənən biznesdir.
11. Elm və texnoloji inkişaf, elm sənayesi, təhsil. Universitet elmi.
Elm və texnoloji inkişaf problemləri Azərbaycanın çox ağrılı yeridir. Sovet İttifaqı dağılandan sonra elmi-texnoloji inkişaf, elm sənayesi, patentlər, elmi-tədqiqat təşkilatların, konstruktor büroları, startapların, elmi işçilərin sayı, elektriklə silahlanma, texniki silahlanma, elmi məhsullar ixracı, elmi sənayenin inkişafı, fundamental araşdırmalar, bütün elmi-texnoloji inkişafa aid nə göstəricilər varsa çox ciddi sürətdə düşüb. Elə göstəricilər var ki, 20 -25 dəfə düşüb. Azərbaycan yeganə ölkədir ki, dünya miqyasında son dövrlərdə elm xərcləri bu qədər düşüb. Digər ölkələrin heş birində düşmə yoxdu, inkişaf var. 2022-2026-cı ilə iqtisadi strategiya tərtib olundu. Orada da elm xərclərinin azalması planlaşdırılmışdır və onunla da azalmağa doğru meyillidir. Elmi işçilərin sayı, patentlərin sayı, elmi kəşflərin sayı, elm sənayesinin təşkilatları hamısı azalmağa doğru meyillidir. Amma Azərbaycanın elm -texnoloji inkişaf sistemini qurmağa çox böyük imkanları var. Elm-texnologiya, süni intellekt hazırda nəhəng industriyaya çevrilimişdir. Bunun hesabına güclü qeyri-neft istehsalı qurmaq mümkündür.
Arizona ştatında 65 milyard Tayvan yarımkeçiricilər zavoduna pul ayırdılar ki, burada 3 dənə zavod qurulsun. Yaponiya kimi, inkişaf etmiş ölkə Tayvana 5 milyard dollar pul ayırdı ki, zavod qursunlar. Bunun tələbatı həndəsi silsiləynən artır. Çünki, sənayeləşmə, süni intellekt, texnologiya çiplərlə işləyir və böyük defisit var. 1980-ci ildə Heydər Əliyevin rəhbərliyi zamanı Azərbaycan elminə ildə 524 milyon dollar pul ayrılırdı. İndi o pul 120 milyon dollara düşüb. 145 milyon dollar gələn ilə planlaşdırılır. Patentlərin sayı o vaxtdan bu vaxta 20 dəfə aşağı düşüb. 1980-cı illərin sonunda bizə təqribən 1500-1600 patent verilirdi. 1980-ci ildə çox yüksək səviyyəyə qaldırılmışdır.
Nəzərə almaq lazımdır ki, elm tarix boyu bugünkü qədər vacib sahəyə çevrilməmişdir. Çünki virtual dünyanın, süni intellektin yaradılması təmiz elmi işdir. Bir elmi kəşf, bəzən 1 milyon insanın qazandığı qədər gəlir verə bilir. Kriptovalyutanın buraxılması təmiz maliyyə mühəndisliyi elmi kəşfidir. Hazırda Bitcoinin kapitallaşma dəyəri 2 trilyonu dollara yaxınlaşıb, cəmi kriptovalyuta bazarı isə 3,6 trilyon dolları keçdi. Mətbuatın verdiyi məlumata görə bitcoin layihəsinə 1 milyon dollara yaxın pul qoymuşdular, nəticə isə - 2 trilyon dollardır. Bitcoini 1998-ci ildən Kolumbiya universitetində kadr hazırlığına başlanan Maliiyə mühəndisləri yaratdı (2008).
Startaplar cəhətdən dünya bazarında ölkə özünə müvafiq yeri tuta bilməmişdir. Təhsil, xüsusilə Universitetlər ciddi islahatlar tələb edir. Sovet dövründə Azərbaycan universitetləri Sovet İttifaqının tərkib hissəsi kimi dünya miqyasındailk 1üzlüyə daxil ola bilirdi. Hazırda dünya universitetləri içərisində ilk yerdə duran universitet UNEC-dir, bu ilk universitet dünyanın 32 min universiteti içərisində ilk 3 minliyə düşə bilir. İnkişaf etmiş ölkə qurmaq üçün isə bir neçə universitetin ilk 200 universitetsiyahasına düşməsi vacibdir. Belə təhsil sistemi ilə mükəmməl təhsil və inkişaf etmiş ölkə iqtisadiyyatı qurmaq mümkün deyil. Bu problemin həlli üçün geniş islahatların həyata keçirilməsi zəruridir. Dünya bankının təyin etdiyi dünya səviyyəli universietlər (World class university) qurmadan ciddi uğur qazanmaq mümkün deyil. Belə universitetin yenisinin qurulması bir milyard, fəaliyyətdə olan universiteti bu vəziyyətə gətirmək üçün isə 500 milyon dollar tələb olunur. Elmi kadrlarən attestasiyası sistemi tamamilə yenidən qurulmalı və dünya standartlarına uyğunlaşdırılmalıdır. Hazırda ölkədə fəaliyyət göstərən elmi kadrların attestasiyası sistemi dünya miqyasında analoqu olmayan, qarışıq, anlaşılmaz və zərəli bir sistemdir. Baza olaraq Sovet sistemindən götürülsə də, müsbət cəhətlər silinmiş və hətta, proses xeyli mürəkkəbləşdirilmiş, bürokratikləşdirilmişdir. Təhsil yeni qlobal standartlara uyğunlaşdırılmalı, süni intellekt erasının tələblərinə cavab verəcək səviyyəyə qaldırılmalıdır, maliyyə və planlaşdırma sistemi tələblərə uyğun təkmilləşdirilməli. Qərb təcrübəsinə uyğun olaraq hər bir universitetdə “Endowment Fund” yaratmaq lazımdır. Təhsil yalnız dövləti yox, bütün ictimaiyyəti maraqlandırmalıdır, bu prosesdə hər kəs iştirak etməlidir.
Məsələ burasındadır ki, internet dövriyyəyə buraxıldıqdan sonra virtual dünya, rəqəmsal idarəçilik, süni intellekt və elektron hökümət qurulmağa başlamış, müvafiq olaraq informasiya axını sürətlə artmış və yeni yüzlərlə elmlər formalaşmışdır. Bu elmlərin demək olar ki, heç biri universitetlərdə öyrədilmir, tədqiq olunmur, hətta iqtisadiyyatda tətbiq olunmur. Dünya universitetlərində isə 90-cı illərdən başlayaraq bütün elmlər üzrə hadrlar hazırlanır.
Deməli, dərsliklər və təhsil proqramları dəyişdirilməli, smart dərsliklər hazırlanmalı (PDF deyil), xüsusiı ana dili üzrə smart dərslik hazırlanmalıdır. Azərbaycan dilinin ilk klassik dərsliyi də, yeni rəqəmsal dərsliyi də millətin nümayəndələri tərəfindən hazırlanmayıb, başqa millətlər və xalqlar tərəfindən hazırlanır. Bununla bərabər iki universitet seçib Dünya bankının “World class university” layihəsinə qoşmaq (Məsələn UNEC və BDU və ya UNEC və ADNSU) mümkündür, bu vasitə ilə bu universitetləri qısa müddət ərzində top 200 siyahasına çatdırmaq olar. Hazırda top 200-də bir dənə də olsun müsəlman universiteti yoxdur.
12. Antimonopol siyasətinin yenidən işlənməsi zərurəti
Azərbaycanda antimonopol siyasəti, rəqabətin qorunması və inhisarçılıq fəaliyyətlərinin qarşısının alınması məqsədi ilə həyata keçirilir. Bu siyasət, istehlakçıların hüquqlarının müdafiəsi və iqtisadiyyatın müxtəlif sahələrində rəqabətin inkişaf etdirilməsi üçün vacibdir. Dünyanın inkişafını tənziməyən əsas amil antinhisar fəaliyyətidir. Bu faktor səmərəli tənzimləmə sistemi olmadığı zaman ciddi inkişafa nail olmaq qətiyyən mümkün deyil.
Antiinhisar fəaliyyəti dünyada ın yaxşı qurulan ABŞ-dlr. Bu ölkəni sürətlə irəli aparan da mükəmməl antimonopol siyasətidir. Amerikanlılar hətta öz xalqı, dövləti üçün də rəqib düşünürlər, bu rəqiblər isə Amerikanlıları daban-dabana izləyir, bir an belə dayanmağa imkan vermirlər. Bir zamanlar cəmiyyət arxayınlaşanda Almaniyanı amerikanlıların qarşısına çıxardılar, daha sonra Yaponiya, Çin hətta ABŞ-ın rəqabətə hazırladığı ölkələr siyahasındadır. Bu sistem bizdə də ABŞ qanunlarına uyğun qurulsa tezliklə ali məqsədə nail ola bilərik. Bunun üçün isə bütün qanunvericilik bazası dəyişdirilməlidir. Birinci növbədə dövlət monopoliyasını aradan qaldırılması vacibdir.
13. Valyuta ehtiyatları və risklər
Məsələ burasındadır ki, valyuta ehtiyatları səviyyəsinə görə (nisbi göstərici) Azərbaycan dünyanın ən zəngin ölkələri sırasındadır. Mərkəz bankında və Neft fondunda olan strateji ehtiyyatlar ölkənin ÜDM-dən çoxdur. Belə hallar dünya ölkələri sırasında təsadüf rast gəlinəndir. Tək-tək ölkələrdə ÜDM qədər valyuta ehtiyatları vardır (İsveçrə, Norveç). Ölkənin beş illik təhlükəsizlik yastığı təmin olunmuşdur. Bununla bərabər bu resursların menecmenti lazımi səviyyədə qurulmamışdır. Ölkənin alyuta ehtiyatlarının idarə edilməsində böyük risklər var. Bunlardan iki daha böyük riski: Birincisi, qlobal inflyasiya, kriptovalyutaların buraxılması, özəl valyutaların pul dövriyyəsində dövlətə rəqib kimi çıxış etməsi ilə əlaqədar böyük iqlobal nflyasiya gözlənilir. Hətta son beş ildə özünü ciddi surətdə təzahür etdirir. Hazırda dövriyyədə 3 trilyon dollarlıq kriptovalyuta (özəl valyuta) var. Amma, dövriyyədə dolların həcmi cəmi dünya üzrə 2,7 trilyon dollardır. Bu proses qlobal pul təklifini 2 dəfə artırır, əmtəə təklifi isə 3-5% artır. Qlobal cəmi pul (özəl və dövlət) təklifi ilə mal təklifi arasında kəskin disproporsiya əmələ gəlir ki, bu da şübhəsiz, inflyasiyaya səbəb olur. Həm də özəl valyutalar dövlət valyutalarını bazardan sıxışdırır. 2008-2024-cü illər ərəfəsində bitkoinə görə dolların kursu 90-100 milyon dəfə aşağı düşmüşdü Halbuki, bundan əvvəlki tarixində dollar heç vaxt illik olaraq 25%-dən artıq inflyasiya görməmişdir. Mənim hesablamalarıma görə, 2013-cü ildən bu yana valyuta ehtiyyatları qlobql inflyasiya nəticəsində 20 milyarda yaxın itkiyə məruz qalmışdır. 20 milyard dollar vəsait Azərbaycanın bütün universitetlərini dünya standarlarına çatdırmağa yetərli ola bilərdi. Bizim əsas kapitala qoyduğumuz investisiyaların illik həcmi 12 milyard dollardır.
İkinci risk, daha ciddidir. Bu gün Azərbaycana qarşı qlobal pis niyyətli hərəkat başladılmışdır. Mənim gördüyüm, bunun əsas səbəbi, həmin böyük pulların müvəqqəti idarəçiliyini ələ keçirilməsi niyyətidir. Dünyada bu işə nəzarət edən beynəlxalq mafiya mövcuddur, bu hətta prezidentlərin çözə bilmədiyi məsələləri həll edirlər. İran, Liviya, Rusiya və s. maliyyə ehtiyyatlarının menecmentini öz üzərinə götürməklə böyük miqdarda pul qazanırlar. Buna görə, emosional hərəkətlərə yol verməməliyik, hər cür təxribatın qarşısını almaq üçün qanuni üsullarla mübarizə aparmalıyıq, qarşı tərəfə hər hansı fürsət verməməliyik, yalnız valyuta ehtiyyatlarını təhlükəsizlik vəziyyətə gətirməliyik. Valyuta ehtiyyatlarını yalnız BVF-nun normativə uyğun MB-da yerləşdirməli (10-12 milyard dollar), ekstra valyuta ehtiyyatlarını isə daha çox investisiyalara (xüsusilə də qızıl) yerlləşdirmək daha təhlükəsiz olardı. Bundan bir neçə il əvvəl Çində də belə bir proses başladı. Valyuta ehtiyatları həddindən artıq, normadan çox oldu. Həcmi 4 trilyonu keçəndə Komminist partiyası qərar verdi ki, bunun bir trilyonu başqa ölkələrə investisiya qoymaq üçün Çin vətəndaşları vasitətəsilə Afrika, Avropa, Amerika və digər regionlara yönləndirildi ki, bu da Çinin ciddi iqtisadi inkişaf artımına səbəb oldu. Valyuta ehtiyatları çox ciddi bir amildir. Bizim imkanlarımızı daraltmamalıdır, tam əksinə, genişləndirməlidir. 73 milyard dollar valyuta ehtiyyatlarından cəmi 40 milyon dolları Azərbaycan banklarında saxlanılır.
14. Humanitar kapital ən çox gəlir mənbəyidir.
Bizim ölkədə, indiki XİN elan etdi ki, geridə qalmış ölkələrə biz yardım edirik. Çox yaxşı bir amildir. İnkişaf etmiş ölkə olmaq qlobal dünyanın taleyinə məsuliyyətin bir hissəsini öz üzərinə götürmək deməkdir. O cəhətdən Azərbaycan çox düzgün mövqe tutub. Hətta, bu yardımların ciddi sürətdə genişləndirməsinə ehtiyac vardır. Digər tərəfdən humanitar kapital gələcəyə doğru daha böyük gəlir mənbəyidir. Klassik iqtisadiyyatda hümanitar kapital gəlir verən ikinci bir sahə yoxdur. Humanitar kapital çox güclü aktivdir. Ölkənin nüfuzunun qaldırılması üçün çox vacibdir. Bunu genişləndirmək və xüsusi olaraq, parlamentdə qaldırmaq mühüm məsələdir.
15. Virtual və klassik təhlükəsizlik, hərbi və proqramlaşma sənayesi.
Hipertəhlükəsizlik rəqəmsal inkişaf və süni intellekt dövründə olduqca vacib bir faktordur. Klassik təhlükəsizlik deyəndə, ölkənin sərhədlərinin qorunması, daxili nizam-intizamın qorunması, ölkənin hərbi qüdrətinin artırılması, sənayenin artırılması, genişləndirilməsi bunlar hamısı klassik təhlükəsizlik sistemini əhatə edir. Klassik olaraq, hipertəlükəsizlik üçün nə iş görürüksə rəqəmsal keçid zamanı onu virtualda, kompüterdə də etməliyik. Təəssüf ki, hipertəlükəsizlik sisteminin qurulması işində də gecikirik, elm və texnologiyanın zəif inkişafı bu sahədə daha qabarıq faktor kimi nəzərə çarpır. Virtual sərhədlər bu gün tam açıqdır, nə nəzəri, nə də praktiki məsələlər tədqiq olunmur. Ən ciddi problem kadrların çatışmamazlığıdır. Hipertəhlükəsizlik üzrə kadr hazırlığı dünya universitetlərində 30 ilə yaxındır ki, başlayıb, Azərbaycanda isə ilk qıbul 3-4 il əvvəl olmuşdur. Hipertəhlükəsizlik üzrə kadr hazırlığı hələ başa çatmayıb. 2 il bundan əvvəl, 2-3 universitet onu hazırlamağa başladı. Virtual təhlükəsizliyi gecə-gündüz öyrətmək lazımdır. Necə sərhədlər qorunursa, virtual sərhədlərdə elə qorunmalıdır. Bunun üçün, proqramlaşma sənayesi, hərbi sənaye çox inkişaf etməlidir. Proqramlaşma sənayesi, dünya üzrə çox ciddi gəlir verən sahədir. ChatGpt, Copilot, Google, digər çeşidli süni intellekt proqramları - bunlar hamısı proqramlaşma sənayesinin inkişafına yönələn tədbirlərdi. Ölkədə isə, bu çox aşağıdır. Hələ dünyaya çıxacaq bir qlobal proqramımız yoxdur. Bir dənə smart dərslik yoxdur. Proqramlaşma sənayesi ən aşağısı 1 milyard dollar pul tələb edir. Hərbidə olan imkanlarımız çox yüksəkdir. Süni intellekt müharibədə qələbənin əsas səbəbi oldu. Ölkənin adı dünyada ilk rəqəmsal müharibə aparan ölkələr arasında geçir. Amma bu texnologiya əsasən idxal idi, pilotsuz uçuş aparatları, silahlar hamısı xaricdən gəlmə idi. Virtual şəraitdə bütün texnologiyalar proqram təminatı ilə işləyir. İdxal mallarının proqram təminatı heç vaxt bizim mülkiyyətimizə verilmir, deməli, hər an silahı bizə qarşı çevirə bilər. Maliyyə təhlükəsizliyi daha incə problemdir, pul köçürmələri, rəqəmsal manatın buraxılması, bank sirlərinin qorunması, virtual sərhədlərin qorunması məsələlərində proqram təminatının kodlaşdırılması yalnız milli kadrlar tərəfindən həyata keçirilməlidir (kadrlar isə yoxdur). Başqa cür bütöv fəaliyyətin açarı başqalarının əlində qalacaq ki, bu da çox qorxuludur.
Nəticə
İslahat sisteminin hazırlanması ciddi proqramların, qanun və qərar layihələrinin hazırlanmasını tələb edir. 15 maddənin hər biri üzrə ayrıca proqnozlar, proqramlar, hətta qanunlar tərtib etmək və bunları tətbiq etmək zərurəti vardır. İslahatların süni intellekt və rəqəmsallaşma dövrünün tələblərinə uyğun olaraq operativ, sürətli və fasiləsiz olması məqsədəuyğundur.
MİA.AZ
QULU AĞSƏSDƏN YENİ ŞEİR - "Canım Vətən..."
Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
MSK: daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
"Xəbər bizi son dərəcə sarsıtdı" - İlham Əliyev
Xaçmazın polis rəisi təqaüdə göndərildi - Yeni təyinat
Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTOLAR
Şuşa şəhərinə nöbəti köç olub
Azərbaycanla Rusiya arasında “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalanıb - DETALLAR + FOTO
Fidan Almaniya XİN başçısı ilə görüşdə Bakı ilə İrəvan arasındakı müzakirədən danışdı: "Hər kəs tərəfsiz şəkildə..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ HTŞ liderinin başına qoyduğu pul mükafatıni geri çəkdi - Colani "qara siyahı"dan çıxarıldı
Viktor Orban: “Atəşkəslə bağlı Rusiyanı razı saldıq” - "İndi əsas məsələ Trampın başına bir iş gəlməməsidir”
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Professorun meyiti çaydan tapılıb - Xanımı araşdırma tələıb edir
İran vətəndaşı Azərbaycanda saxlanıldı - VİDEO
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTOLAR
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi cərimələnib
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxdı - Rəsmi yoxlama materialları yayıldı
Hərbçimiz şərti sərhəddə minaya düşüb - MN açıqladı
Təhsil Tələbə Krediti Fondunda milyonluq nöqsanlar üzə çıxdı - PALATA YOXLAMA FAKTLARINI AÇIQLADI
Ölkə tarixində ilk nudist film nümayişi çılpaq izlənilib - FOTO
Güclü külək olacaq- Xəbərdarlıq
Çin Xalq Respublikasının sədri İlham Əliyevə məktub göndərdi - MƏTN
BU SƏFİRLƏR GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (SİYAHI, FOTO)
Konfrans Liqasında püşkatma: rəqiblər bəlli oldu
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - Sərəncam
Prezident Yaşar Əliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Prezident təsdiqlədi: onların birdəfəlik müavinət məbləği artırılıb
"Miss Azerbaijan 2019"un qalibinin yeni fotosu gündəm oldu - FOTO
Hakan Fidan Suriyaya gedir: "Yeni administrasiya tək buraxılmayacaq"
Deputat Könül Nurullayeva sədri vəzifəsinə seçilib
Pentaqon rəsmisi: "Suriyada 2 min hərbçimiz var"
173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb
Qəzzada ölənlərin sayı artıb
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib (Yenilənib)
Xaricə çıxarılan daha 41,3 milyon dollar Azərbaycana qaytarılıb
Komitə sədri generalın oğlunu vəzifədən çıxarıb
Tiktoker Aybənizlə Xaliq arasında qalmaqal böyüyür
Deputat: "İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır"
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub