Rusiya-Ukrayna sərhədində şok olay: Şimali Koreya əsgərləri hədəfi səhv saldı, çeçen döyüşçülər vurulub

img

16-12-2024 [10:09]


Rusiya - Ukrayna sərhədində, daha dəqiqi, Kursk bölgəsində maraqlı hadisə baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyaya dəstək üçün bölgəyə yeridilmiş Şimali Koreya əsgərləri Çeçenistan prezidenti Ramzan Kadırova bağlı olan Çeçen Axmat bölmələrini ukraynalı döyüşçü zənn edəərk, atəşə tutub.

Məlumata görə, "dost atəşi” nəticəsində 8 çeçen əsgəri yerindəcə həlak olub, xeyli yaralı var.

Məlumatı Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi təsdiqləyib. Bildirilib ki, Şimali Koreya əsgərlərinin bu "əməli" tərəfər arasında dillə bağlı anlaşılmazlıqdan irəli gəlir. 

Xatırladaq ki, Rusiya və Şimali Koreya arasında imzalanan strateji anlaşmaya görə, 12 minə yaxın koreaylı əsgər Rusiyaya dəsətk üçün göndərilib. Onlar əsasən, Kursk bölgəsində praktik döyüşlərlə qatılmaqla, həm də müharibə təcrübəsi qazanırlar.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR