Lerikdə icra başçısının nümayəndəsinin meyiti tapılıb

img

07-12-2024 [00:11]


Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

Məlumata görə, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA