Beynəlxalq Bank 100 milyon manatlıq istiqraz buraxır

img

06-12-2024 [14:47]


Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Mia.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 100 000 ədəd, yəni 100 milyon manatlıq faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR