MÜXALİFLƏR DAHA BİR ŞƏHƏR MƏRKƏZİNi ƏLƏ KEÇİRDİ: növbəti hədəf açıqlandı - Xristian məhəllələrə müdaxilə olmayıb (Yenilənb)
05-12-2024 [20:06]
Suriyanın Həma şəhəri artıq müxalif silahlı qüvvələrin tam nəzarətinə keçib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rejim əleyhdarı silahlı dəstələr şəhərdə son məhəllələr - Mezarib, Sanayi və Ərbəini də ələ keçirib.
Müxaliflər bildirib ki, əsasən xristianların yaşadığı Sələmiyə mahalı, Əyyo kəndi, Hamanın cənub-qərbindəki Misyaf mahalı və ona bağlı 40 kəndə hər hansı bir hücum olmayıb, olmayacaq da: "Onlar bitərəf qalmaq qərarına gəlib".
Bəşər Əsəd iqtidari məğlubiyyəti etiraf edən açıqlama yayıb. Bildirilib ki, mövcud qüvvələri qorumaq üçün ordu birlikləri geri çəkilib: "Şəhərdə kənarda Humusa doğru müdafiə xətti gücləndirilib".
***
Suriyadakı müxalif qüvvələr daha bir şəhəri ələ keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əsəd rejimi qüvvələri ilə toqquşan silahlı qruplar ölkənin 4-cü iri şəhəri sayılan Həmanın kritik nöqtədə olan 20 kəndini nəzarətə götürərək şəhər mərkəzinə girib.
Məlumata görə, artıq şəhər mərkəzində şiddətli döyüşlər gedir: "Əsəd bağlı ordu birliklərinin bir hissəsi qaçıb, qalan hissəsi isə döyüşə-döyüşə Humsa doğru geri çəkilir. Bir sözlə, Suriyadakı rejim qüvvələri paytaxt Dəməşqə gedən yolda Humsdan əvvəl son qala olaraq görülən Həmada nəzarəti tamamilə itirmək üzrədir. "Heyət Təhrir Şam"ın (HTŞ) başçılıq etdiyi silahlı qruplar şəhər mərkəzinə daxil olub. Və hazırda mərkəzdə şiddətli savaş başlayıb...".
Məlumatda deyilir ki, silahlıq ruplaşma Həma şəhər mərkəzi yaxınlığındakı Zirehli Qüvvələr Məktəbini, Xəttab arsenalını, Suruç Hərbi Bazasını və 25-ci Briqadanı da ələ keçiriblər: "Şəhərin şərq və qərb tərəflərində də savaş şiddətlənib. Burada Əsədə bağlı olan hərbi birliyin azı 100 əsgəri öldürülüb, əsir alınanlar da az deyil..."
Türkiyə mətbuatı yazır ki, döyüşlər belə davam edərsə, axşama kimi mərkəz tamamilə ələ keçiriləcək
Müxaliflər isə yeni hədəfin Hums və Menbeç olduğunu gizlətmir.
Tahir Şəlvəli
MİA.AZ
"Fənərbağça" Avropa Liqası ilə vidalaşdı - Penaltilərlə
Xarici İşlər Nazirliyi bəyanat yayıb
İsrail daha 3 fələstinlinin cəsədini verməyib - Morqlarda indiyədək 676 meyit "girov" saxlanılır
Ağstafada dönərdən kütləvi zəhərlənmə - SİYAHI (YENİLƏNİB)
Kanada ABŞ-dan şikayət edib - ÜTT-yə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinin "ikibaşlı açıqlaması"na reaksiya: "Ondan "hə" gözləyirdim, tezliklə görüşmək lazımdır"
Zelenski Ərdoğanın Kiyevə səfərə hazırlaşdığını dedi: "Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
Ermənilər Bakıda məhkəmə zalında: "Əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə..."
Bakıda XII Qlobal Bakı Forumu: İLHAM ƏLİYEV MÜHÜM MESAJLAR VERDİ - ÇIXIŞ + FOTOLAR (YENİLƏNİB)
Osimhen müsahibə verdi: ""Qalatasaray"da çempion olacağıq"
PUTİN TRAMPA TƏŞƏKKÜR ETDİ: "Kurskdakı Ukrayna əsgərlərinin iki seçimi var, ya təslim olacaqlar, ya da..."
4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib
Hakan Fidan, Yaşar Gülər və MİT başqanı Suriyada - FOTO
Yevlaxda iki nəfər bıçaqlanıb - 17 yaşlı oğlan ölüb, 18 yaşlı isə...
İsrail MN rəhbəri Suriya prezidentini hədələdi: "Başının üzərində təyyarələrimizi tez-tez görəcək"
Prezident İlham Əliyev BMT rəsmisini qəbul edib (Yenilənib)
ERMƏNİSTANLA SÜLH SAZİŞİ... - Ceyhun Bayramov qarşı tərəfin açıq qalan iki maddəni də qəbul etdiyini dedi (Bəyanat)
Ermənistan XİN Ceyhun Bayramovun sözlərini təsdiqlədi: "Sülh sazişinin imzalanma vaxtı və yeri..."
Fransaya casusluqda şübhəli şəxs məhkəmədə faktları sadaladı: "Bakıya gələndə konkret işim yox idi, amma..."
Rəsmi Moskvadan Ukrayna ilə bağlı mühüm mesaj: "Məqsədimiz müvəqqəti atəşkəs deyil..."
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur tort və şirniyyat şirkətinin məhsullarında zərərli yağ aşkarlandı - "Azza" "ilişdi" + FOTO
İcra Hakimiyyətinin şöbə müdiri həbs edildi - Şok ittihamla
"Unibank" kartlarından nağdlaşdırma: faizlər artırılıb
İsrail Suriyanın paytaxtını bombalayıb - Hara vurulub?
İsrail İordan çayının qərb sahilində daha 25 fələstinlini saxlayıb
İlham Əliyev ÜST rəhbərini qəbul edib (Yenilənib)
Cənubi Koreyada hərbi pilotlara cinayət işi açılıb - Səhvən başqa yeri bombalayıblar, 31 yaralı var
Bakıda Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub - Nələr müzakirə olunub?
ERMƏNİSTAN SAVAŞA HAZIRLAŞIR? - 3 detal var (TƏHLİL)
Sığınacaqda qalan qıza imtahana girməyə problem yaradılıb - Mehriban Zeynalova həyəcan təbili çaldı
Putinin sözçüsündən Tramp və Zelenskiyə tərs sillə: "İlhaq olunan Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanındır, bu, dəyişməzdir"
Rusiya ordusu Kurskdə bir rayonu hava zərbələri ilə yox edib - Ukrayna açıqlama yaydı
Ali Məhkəmə daha bir mübahisəli vəziyyət üzrə vahid qərar verdi - İcarə müqavilələri ilə bağlı
PUTİN NİYƏ HƏRBİ FORMA GEYİNDİ? - Peskov suala belə cavab verdi
“Ulduz” jurnalının mart sayı çapdan çıxıb - FOTO
AFFA bu klubları cəzalandırdı - SİYAHI
Axtarışda olan daha bir nəfər Azərbaycana gətirilib