İstanbulun polis rəisi dəyişdi - Kəşfiyyatçıya mühüm vəzifə verildi (FOTO)

İstanbulun polis rəisi dəyişdi - Kəşfiyyatçıya mühüm vəzifə verildi (FOTO)

DÜNYA

04.12.2024, 17:54

Bu gün İstanbulun polis rəisi dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dörd ildən artıq İstanbul Polis rəisi vəzifəsində çalışan Zəfər Aktaş yaşla bağlı təqaüdə göndərilib.

Məlumata görə, onun yerinə yeni İstanbul polis rəisinin müavini və polis kəşfiyyatının rəhbəri Selami Yıldız gətirilib.

Bu təyinat prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə yaxın günlərdə dərc olunacaq.

Xəbərdə deyilir ki, Selami Yıldız 1968-ci ildə İstanbulda anadan olub. 

Samir Musayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR