Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb
GÜNDƏM
03.12.2024, 18:44
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib.
Cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə iştirakının yüksək qiymətləndirildiyi qeyd olunub.
Nazir Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb və Səudiyyə Ərəbistanı tərəfindən bu işdə göstərilən dəstəyə görə qonağa təşəkkürünü bildirib. Qeyd edilib ki, Vətən müharibəsindən sonra minaların partlaması nəticəsində indiyədək zərər çəkən 382 nəfər mülki və hərbi qulluqçudan 70 nəfəri həlak olub.
Daha sonra general-polkovnik Z.Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşündə iştirakçılara uğurlar arzulayıb.
Ölkəmizə səfərindən məmnun olduğunu qeyd edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə general-polkovnik Z.Həsənovu təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib. Qonaq hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyini vurğulayıb.
Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra qonaqlar Azərbaycan Ordusunun Baş Qərargahına gəlib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Tərəflər, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
PUTİN ÇİNDƏN ELƏ MESAJLAR VERDİ Kİ... - "Avropa 90-cı illərin təhlükəsizlik nizamı ilə bağlı şərtləri gözləməsin, bu, daha məntiqli deyil"
Bugün, 19:55 GÜNDƏM
-
MHP sədri: "Türkiyə yeni bir güc qütbüdür" - "Türkiyə və Ərdoğanı göz ardı etmək olmaz"
Bugün, 19:33 SİYASƏT
-
AzTV böyük dəyişikliklərə hazırlaşır
Bugün, 19:16 PRESS
-
"Unikal"ın əməkdaşına vəzifə verildi
Bugün, 19:02 PRESS
-
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
Bugün, 18:32 PRESS
-
"Fənərbağça" "Kocaelispor" matçına hazırlaşır
Bugün, 18:08 İDMAN
-
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Bugün, 18:02 GÜNDƏM
-
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub - FOTO
Bugün, 17:46 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:18 GÜNDƏM
-
“Azərişıq” sədri bu şəbəkəyə müdir təyin etdi
Bugün, 17:16 CƏMİYYƏT
-
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-da kollektivə təqdim edib
Bugün, 17:05 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah Bakıda və rayonlarda külək güclənəcək - DAHA BİR XƏBƏRDARLIQ
Bugün, 16:33 GÜNDƏM
-
XİN-də mühüm posta rəis təyinatı oldu
Bugün, 16:26 SİYASƏT
-
Türkiyədə daha 9 bələdiyyə sədri Ərdoğanın partiyasına keçdi
Bugün, 16:13 DÜNYA
-
Bakıda kuryoz hadisə: İşçini pişik dişlədi, baş direktor 2 min cərimləndi
Bugün, 16:12 CƏMİYYƏT
-
Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırılıb -VİDEO
Bugün, 16:01 CƏMİYYƏT
-
Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq
Bugün, 15:54 GÜNDƏM
-
İylənmiş ət satışının qarşısı alınıb
Bugün, 15:47 İQTİSADİYYAT
-
PUTİN, TRAMP və Sİ CİNPİN ARASINDA 1.5 SAAT SÜRƏN QAPALI GÖRÜŞ: ilk açıqlamalar... - VİDEOLAR (Yenilənib)
Bugün, 15:42 GÜNDƏM
-
İndi atalar uşaqlarının yanında pərt olmurlar... - Seymur Verdizadə yazır
Bugün, 15:17 YAZARLAR
-
Deputatın "Ay rəhmətliyin oğlu, o dirək aşsa, maşındakıar həlak olsalar, canını hara qoyacaqsan?" dediyi hadisə Astarada baş verdi - Heyvanlar öldü + FOTOLAR
Bugün, 15:12 CƏMİYYƏT
-
QHT işi: Bəşir Süleymanlıya hökm oxunub
Bugün, 15:12 SİYASƏT
-
FIFA prezidentliyinə 4 iddiaçı var
Bugün, 15:01 İDMAN
-
Arda və Kənan mükafata namizəd göstərilib - Siyahıda daha kimlərin adı var?
Bugün, 14:45 İDMAN
-
DİM SƏDRİ POSTU UĞRUNDA RƏQABƏT BAŞLADI: ortada iki variant var - Və ya Mikayıl Cabbarovun yaxın qohumunun adının hallanmasının görünməyən tərəfi...
Bugün, 14:27 GÜNDƏM
-
ZELENSKİDƏN ÜÇLÜ GÖRÜŞLƏ BAĞLI SƏRT XƏBƏRDARLIQ: "İstəsələr, bu dəqiqə Putini dayandıra bilərlər" - "Heç kimsə Ukraynasız qərar verə bilməz"
Bugün, 14:19 GÜNDƏM
-
PREZİDENT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİ: "Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr verəcək"
Bugün, 13:28 GÜNDƏM
-
Tanınmış hüquqşünas hakim qarşısında - Namizəd Səfərova 8 il müddətinə həbs cəzası istənildi
Bugün, 13:15 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 13:02 CƏMİYYƏT
-
Xətaidə ictimai nəqliyyat böhranı...
Bugün, 12:54 CƏMİYYƏT
-
"Balaca bir xəbər yazırsan, zəng edib “o xəbəri silin” deyirlər" - Baş redaktor Basketbol Federasiyasındakı "gizli oyunlar"dan yazır
Bugün, 12:47 İDMAN
-
Azərbaycana gətirilən dondurulmuş şokoladlı meyvə məhsulu zay çıxıb
Bugün, 12:33 İQTİSADİYYAT
-
Məleykə Abbaszadə təyinatından xəbərsiz olub? - İki saat əvvəl sosial media hesabından yeni görüşü barədə paylaşım edib
Bugün, 12:20 GÜNDƏM