Gəncədə qohumlar arasında insident: 42 yaşlı şəxs dayısı ilə arvadını bıçaqlayıb, biri ölüb - Yenilənib

img

22-11-2024 [08:30]


Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

Məlumata görə, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Hüseynova Ulduz Elburus qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Şəxsi münasibətlər zəmnində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

Məlumata görə, xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişlərin yaxınları hadisəni törətməkdə onların qohumlarının şübhəli olduğunu bildirib(Report).

Faktla bağlı araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA