SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

img

21-11-2024 [14:27]


COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qlobal yaşıl enerji şirkəti olan “Tree Energy Solutions” (TES) arasında Azərbaycanda elektrik təbii qazı (e-NG) layihəsinin inkişafının araşdırılması məqsədilə Birgə Tədqiqat Sazişi imzalanıb.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, sazişə görə, TES-in regionda qabaqcıl apstrim modul texnologiyasının tətbiqinin texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğunun qiymətləndirilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın strateji mövqeyi və SOCAR-ın geniş enerji təcrübəsi ölkəmizdə e-NG istehsalı üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, Azərbaycanda istehsal olunan e-NG-nin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA