Tibb Universiteti adına rüsvayçılıq - ELMİ NƏŞRİN ADI "SCOPUS"UN SİYAHISINDAN ÇIXARILDI VƏ...

img

07-11-2024 [14:17]


Azərbaycan Tibb Universitetinin elmi jurnalı "Scopus" tərəfindən "yırtıcı jurnal" elan olunub.

Mia.az xəbər verir ki, bu, universitet və onun jurnalı - "Azərbaycan Əczaçılıq və Farmakoterapiya" (Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal) adına ciddi neqativ hal sayılır.

Xəbərdə deyilir ki, sözügedən jurnal artıq "Scopus" bazasından çıxarılıb və "yırtıcı jurnallar" siyahısına əlavə edilib

Məlumata görə, elm sahəsində bir universitet jurnalının adının "Scopus"a düşməsi uğur, oradan çıxması isə uğursuzluq kimi qiymətləndirilir: ""Scopus" məqalələr, konfrans materialları, kitablar və digər elmi sənədlər üzrə məlumat verən böyük bir referativ və sitat indeksləmə bazasıdır. Elsevier tərəfindən idarə olunur. 2004-cü ildə istifadəyə verilib. Scopus, alimlər və tədqiqatçılar arasında geniş istifadə olunan bir mənbədir, çünki  bura elmi tədqiqatların izlənilməsi və qiymətləndirilməsi üçün zəngin məlumatlar təqdim edir. Bu bazada daxil olan məlumatlar çoxlu sahələri əhatə edir və dünya üzrə minlərlə nəşriyyatdan toplanıb Scopus, müəlliflərin və onların işlərinin sitat göstəricilərini izləmək, elmi məqalələr arasında əlaqələri müəyyən etmək və elmi sahələrdəki təsir və trendləri öyrənmək üçün faydalıdır. Həmçinin, bu bazada axtarış funksiyaları genişdir və müxtəlif filtrasiya və qurşandırma seçimləri təklif edir, bu da tədqiqat prosesini sürətləndirir və dəqiqləşdirir. Scopus, akademik tədqiqatın keyfiyyətini və təsirini ölçmək üçün istifadə olunan digər məşhur indeksləmə bazaları ilə müqayisədə daha çox beynəlxalq jurnalları və məqalələri əhatə edir. Göründüyü kimi, elm adamları üçün bir işıq sayılan "Scopus" Azərbaycanın tibb üzrə yeganə ixtisaslaşmış universitetinin elmi jurnalını "yırtıcı jurnal" elan edib".

Bəs, "yırtıcı jurnal" nə deməkdir?

Bu barədə Mia.az-a açıqlama verən adının çəkilməsini istəməyən elm adamlarından biri deyib ki, qərar universitet adına xoş deyil: "Bu o deməkdir ki qlobal miqyasda bu jurnalda elmi yox, saxta və ya keyfiyyətsiz məqalələr nəşr olunur. Yeni "yırtıcı jurnal" adı adətən belə jurnallara, o cümlədən pul alınaraq "ağına-bozu"na baxılmadan "elmi məqalə" dərc edən nəşrlərə verilir. Tibbi Universiteti adına bu qərar böyük təəssüf doğurur..."

Məsələyə universitetdən münasibət öyrənmək mümkün olmayıb. Mətbuat xidmətindən zənglərə cavab verilməyib.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR