"Sea Breeze”də qadına “söz” atıb, ərini döyən şöbə rəisi ilə bağlı məhkəmə qərarı açıqlandı
05-11-2024 [15:05]
Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Orxan Mirzəyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsinin çıxardığı Orxan Mirzəyevə 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edib. İttihama görə, hadisə 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Sea Breeze” istirahət mərkəzində qeydə alınıb. Belə ki, Orxan Mirzəyev sərxoş vəziyyətdə çimərlikdə olan qadına ədəbsiz təkliflər edib. Sonra qadının əri A.M. (şərti) təqsirləndirilən şəxsə irad bildirib. Bu zaman Orxan həmin şəxsi təhqir edərək heç bir əsaslı səbəb olmadan A.M.-in sifət və ənsə nahiyəsinə yumruqla zərbə endirərək ona bədən xəsarətləri yetirib. Həmin vaxt iş üzrə digər zərərçəkmiş Ə.Z. (şərti) mübahisəni sakitləşdirmək məqsədi ilə Orxana qanunsuz hərəkətlərinin qarşısını alaraq onu kənara çəkməyə çalışıb. Təqsirləndirilən şəxs isə hərəkətlərini davam etdirərək müqavimət göstərib, həmin şəxsin də ünvanına nəlayiq ifadələr işlədib, xuliqanlıq niyyəti ilə Ə.Z.-nin sifət nahiyəsinə iki dəfə vurub. Nəticədə Orxan digər zərərçəkmişə də bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq edib. Hadisədən sonra Orxan Mirzəyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Orxan Mirzəyev MMC-lərin birində marketinq və satış şöbəsinin rəisi vəzifəsində işləyir.
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir