Türkiyə ilə Qırğızıstan arasında yeni sənədlər imzalanıb - SİYAHI

img

05-11-2024 [13:03]


Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan Prezidenti Sadır Çaparovun iştirakı ilə iki ölkə arasında Bişkekdə 19 yeni sənəd  imzalanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bişkekdəki Prezident sarayında baş tutan təkbətək və nümayəndə heyətləri arası görüşlərdən sonra iki ölkə arasında müxtəlif sazişlərin imzalanması mərasimi olub.

Mərasimdə prezident Ərdoğan və Çaparov “Türkiyə Respublikası ilə Qırğızıstan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişi xarici işlər naziri Hakan Fidan və Qırğız Respublikasının xarici işlər naziri Ceendek Kulubayev imzalayıblar.

Heyvan Sağlamlığı və Heyvanların və Heyvan Məhsullarının Ticarətinə dair Əməkdaşlıq Sazişi xarici işlər naziri Hakan Fidan və Qırğızıstan Respublikası Nazirlər Şurası sədrinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev tərəfindən imzalanıb.

Miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu xarici işlər naziri Hakan Fidan və Qırğız Respublikasının əmək, sosial təminat və miqrasiya naziri Cıldız Polotova tərəfindən imzalanıb.

Bundan başqa, tərəflər arasında Türkiyə Respublikası Hökuməti ilə Qırğızıstan Respublikasının Nazirlər Şurası tərəfindən təmsil olunan Hökuməti arasında Borcların Silinməsi Sazişi və İqtisadi və Maliyyə Əməkdaşlığı haqqında Anlaşma Memorandumu, Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, Enerji, enerji səmərəliliyi və enerjiyə qənaət sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu, Audiovizual Xidmətlər üzrə Birgə İstehsal Müqaviləsi, həmçinin Orqan Transplantasiyası sahəsində Əməkdaşlıq Protokoluna əlavə olaraq, Bişkek Qırğızıstan-Türkiyə Dostluq Dövlət Xəstəxanasının açılması, birgə istismarı və təhvil verilməsi haqqında müqavilə, Məhsulun təhlükəsizliyi və bazara nəzarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Rəqəmsal İnkişaf Nazirliyi arasında Əməkdaşlıq Protokolu, Türkiyə Respublikası Maliyyə İdarəsi ilə Qırğızıstan Respublikasının Milli Bankı arasında Anlaşma Memorandumu, Kinoloji fəaliyyətdə kadrların hazırlanması və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokolu, Əmanətlərinin Sığortalanmas ilə bağlı ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu, Su Elektrik Stansiyalarının tikintisi və istismarı layihəsinin həyata keçirilməsinə dair Çərçivə Sazişi imzalanıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR