Əli Əsədovdan yeni qərar: Zaur Əliyev komissiyadan uzaqlaşdırıldı, TƏBİB rəhbərinə yeni vəzifə verildi

img

04-11-2024 [10:03]


Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri siyahısında dəyişiklik edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Komissiyanın tərkibindən çıxarılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru isə sözügedən Komissiyasının üzvləri sırasına daxil olunub.

Beləliklə, komissiyada İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevi TƏBİB rəhbəri vüqar Qurbanov əvəzləyib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA