Hərraclarla bağlı yeni sayt istifadəyə verildi
30-10-2024 [12:19]
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsin rəsmi internet səhifəsi olan "www.auksion.gov.az"ın yenilənmiş versiyası təqdim edilib.
Mia.az xəbər verir ki, beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanmış bu sayt şəffaflığın artırılması, əlçatanlığın təmin edilməsi, rəqəmsallaşmanın genişlənməsi, rəqabətliliyin və istifadəçi məmnuniyyətinin artırılması istiqamətində mühüm rol oynayacaq.
Məlumata görə, ilk dəfə olaraq, saytın istifadəçiləri "Digital login" (Sima Rəqəmsal İmza, Asan İmza, SİMA Token (Elektron imza), İdentifikasiya nömrəsi, BSXM elektron imza) vasitəsilə şəxsi kabinet yaradaraq hərraca çıxarılmış lotlara baxa biləcəklər.
Bildirib ki, sifarişçilər (alıcılar) şəxsi kabinetlərinə daxil olduqdan sonra hərrac prosesində iştirak etmək üçün "Hərraca keçid" etməlidirlər.
Başqa bir yenilik olaraq, sifarişçilər şəxsi kabinetləri vasitəsilə prosedurları yerinə yetirə, etibarnamə verə, lotlara baxa, hərracda onlayn iştirak edə, sifarişlərin gedişatını izləyə, iştirak növünü (onlayn/oflayn) seçə, qalib müəyyən olunmuş lotlar barədə məlumat əldə edə və digər xidmətlərdən yararlana biləcəklər.
Qeyd edilib ki, yenilənmiş sayt dizayn, məzmun və funksionallıq baxımından əvvəlki versiyadan üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığı, məxfilik və təhlükəsizlik prinsiplərinə xüsusi önəm verilmiş, müasir texnologiyalardan istifadə olunub.
Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən fotoşəkillər, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilib.
Bundan əlavə, hərraclarda iştirak üçün müraciətlər və beh ödənişləri onlayn şəkildə həyata keçirilir. Hərracın sonunda satılmayan və satılan əmlaklar barədə məlumatlar portalda yenilənir.
Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər.
Fiziki və hüquqi şəxslər isə qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmələri tələb olunur.
XİN İspaniyaya başsağlığı verib
İlham Əliyev daha bir qanuna əlavəni təsdiqlədi - Dəyişiklik
Vəzifəli şəxsi hədələyənə 12 il cəza kəsilib - Məhkəmə iclası
Qəzzada itkilərin sayı açıqlanıb - Son statiistika
Nazir regional idarə müdirlərini dəyişib - Qalmaqallı müdirə isə Bakı təhsilində yeni vəzifə verildi
Qəzza zolağında daha 8 fələstinlini öldürülüb
Zakir Həsənov Mərakeşdə - Yeni saziş imzalanıb
“Səhliyalı” kolbasa şirkəti cərimələndi - Saxta və ya keyfiyyətsiz malları idxal etdiyinə görə
İsrail prezidenti Bakıya gəlir - Bu tarixdə
AFFA İntizam Komitəsi daha dörd klubu cərimələyib
"SOCAR-da daha bir təyinat - Yeni direktor kimdir?
Hərraclarla bağlı yeni sayt istifadəyə verildi
Sabah yağış yağacaq
ABŞ-da TARİXİ SEÇKİ: media kimi dəstəkləyir? - SİYAHI
Prezident İlham Əliyev Bakıda yeni salınan parkda - FOTOLAR
"Milyarder Ceff Bezosun..." - Hikmət Hacıyevdən "Washington Post"un məqaləsinə reaksiya
"Sən o yolla ev-eşik tikmisən, o yolla ev, maşın almısan, o yolnan..." - Bəstəkar aparıcını efirdə pərt elədi
BŞİH iki qurumu nişan verdi - Bəs onlar tunellərin suyla dolmasını necə izah edir? (AÇIQLAMALAR)
"8-ci km bazarı"nın ətrafındakı küçə ticarəti yığışdırılır
Bakıda elektrovoz iki nəfəri vuraraq öldürüb
İstanbulda CHP-li bələdiyyə sədri evində qandallandı - Evində və iş yerində axtarış aparılıb (Yenilənib)
Volkan Dəmirəl yenidən baş məşqçiliyə dönür
Azərbaycan nefti daha bir dollar ucuzlaşdı
İspaniyada tufan və daşqın: ölən, itkin düşən və dağıntılar var
"Füzuli rayon sakini 1999-dan evimin qapısını sındıraraq zəbt edib" - Məhkəmə qərarı niyə icra edilmir?
Türkiyədən Pakistana uçan təyyarədə sərnişin ölüb
İordaniya Ərəb Liqasına təcili görüş çağırışı etdi - Səbəb
Rusiyadan Qərbə yeni həmlə - Nüvə silahı ilə təlim başlayıb
"Hizbullah" İsrailin daha 10 hərbi toplanış məntəqəsinə zərbə endirib - "Xeyli itki var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısı öz kadrını yeni rəhbərlik elədiyi rayona gətirdi
Eldəniz Əzizli dünya çempionu olub
İsrail ordusu Qəzzada bazarı bombalayıb
DİQQƏT: təmiz bal istəyirsiniz? - FOTO
Yığmanın oyunçusu intihar edib - FOTOLAR
COP29-da restoran, gözəllik salonları bağlanacaq? - Açıqlama
Bakıda azyaşlı qıza əxlaqsız hərəkət edən iki gənc saxlanılıb
Müğənni Gülay belə video paylaşdı - VİDEO
Borrel: "Gürcüstandakı seçki Aİ-də müzakirə olunacaq"