İnstitut direktoru vəzifədən azad olunub - SOCAR-da daha bir dəyişiklik

img

29-10-2024 [12:05]


"Neftqazelmitədqiqatlayihə” institutunun direktoru vəzifədən azad olunub.

Mia.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media səhifəsində yazıb.

O bildirib ki, direktor Fəxrəddin İsmayılov oktyabrın 21-də vəzifəsindən çıxaırlıb: "Hələlik onun vəzifə səlahiyyətləri direktor muavini rəsmən Mubariz Quliyevə həvalə edilib".

Komitə sədri yazıb ki, buna baxmayaraq, direktorun kabinetində - onun kreslosunda isə hələlik heç bir rəsmi göndəriş olmadan vitse-prezidenti Babək Hüseynovun müavini Anar Əliyev əyləşib: "O, həm də "Ümid Babək ƏŞ"də direktor müavinidi".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR