Netanyahunun PUA qorxusu: "İndi parlamentə pilotsuz təyyarə hücumu olsa, hara gedərik?"

img

29-10-2024 [11:50]


Oktyabrın 19-da Livandan buraxılan pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Qeysəriyyə şəhərində baş nazir Benyamin Netanyahunun iqamətgahının yerləşdiyi əraziyə düşməsi ölkə rəhbərliyində qorxu yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail mediası yazır.

İsrail mediasında yer alan xəbərə görə, bu səbəbdən baş nazir Binyamin Netanyahu hətta parlamentin iclasının ənənəvi binasında keçirilməsini də istəmir.

O, bu barədə yerli mətbauta qorxusunu etiraf edib: "İndi parlamentə PUA hücumu olsa, sizcə, hara gedə bilərik? Ən çox qorxduğum PUA-lardır. Raketlərə qarşı əla sistemlərimiz var, ancaq PUA-laraq arşı bunu demək olmaz. Başa düşə bilmirəm ki, həmişə burada toplanmalıdır: Başqa yerdə də toplana və iclas keçirə bilərik".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR