KÜÇƏ İTLƏRİ: onların öhdəsindən necə gəlmək olar?
25-10-2024 [10:00]
Bakı və Abşeronda son illər küçə itləri ilə bağlı səksəkə və problemlər artıb.
Təəssüf ki, bu problemə müvafiq qurular illərdir laqeyid yanaşıblar.
Küçə itləri isə günü gündən daah ciddi problem kimmi paytaxt və Abşeron sakinlərini daha çox narahat etməyə başlayıb.
Bu dəfə sakini olduğum Abşeron rayonunun Məmmədli kəndindəki küçə itlərinin "tüğyan" etməsindən söz açacağam. O kənddən ki, Abşeronun ən böyük və bəlkə də ən problemli kəndidir.
İTİNİZ HÜRSÜN ...
Ən qədim dualarımızdan biri "itiniz hürsün, ocağınız yansın" dır. Məmmədli kəndində isə itlərin hürməsi həmişə qorxuya səbəb olub. Kiçik yaşlı uşaqları səhər erkən saatlarda məktəbə yola alan valideynlərin təlaşını, yaxud işə tələsən kənd sakinlərinin çəkdiyi qorxunu təsəvvür edirsiniz, yəqin. Kəndimizin geniş əraziləri axşam düşən kimi, sahibsiz itlərin oylağına çevrilir.
Məmmədli kəndində küçə itlərinin sayı son bir ildə o qədər artıb ki...
Kəndin əhalisi bu itlərin yaratdığı təhlükələrdən necə qurtulmağın yolunu isə tapammır...
Onu da qeyd edim ki, bu itlərin çoxu xəstəlikdən, aclıqdan və soyuqdan əziyyət çəkir. Ən çox rastlaşdığımız hal isə burada yeni doğulmuş itlərin vəziyyətidir. Sizin üçün onlardan bir neçəsinin şəkilini çəkmişəm (Fotolar yazının sonunda verilib - Müəllif) aşağıda verilib. Düşünürəm ki, bu, vəziyyətin mahiyyətini anlamağa daha da kömək edər.
KÜÇƏ İTLƏRİ- PROBLEM VƏ HƏLLİ YOLLARI
Küçə itləri probleminin həlli üçün dünyanın hər yerində hərəkat başlanıb. Hətta, yaxın günlərdə bu məsələ qardaş Türkiyənin Milli Məclisində ən çox müzakirə olunan məsələlərdən biri olub. Belə ki, millət vəkilləri sahibsiz itlərin iynə ilə öldürülməsini təklif edib. Heyvansevər cəmiyyətləri məsələnin bu şəkildə həll olunmasını qətiyyətlə rədd edir. Ancaq bununla belə, müvafiq qqueumlar küşə itlərini ərazilərdən toplamağa və onları sığnıacaq mərkəzlərinə verməyə başlayıb. Türkiyədə hər bələdiyyənin nəzdində belə bir sğınacaq mərkəzləri var...
Amerika və Avropada isə sahibsiz heyvanlarla bağlı qanunların qəbul edilməsi 1960-cı illərə gedib çıxır.
Küçə heyvanlarının yaşaması üçün sığınacaqlar salan Qərb öllkələri, eyni zamanda, ev heyvanlarını küçələrə atan insanlara ciddi cərimələr tətbiq edir. O səbəbdən Avropa problemin həllinə nisbətən yaxınlaşmış vəziyyətdədir.
Bununla belə sahibsiz heyvanlarla bağlı məsələlərdə hələ də tam uğur qazana bilməyiblər. Həm insan sağlığına, həm də itlərin vəziyyətinə təsir edən bu məsələ yalnız sosial deyil, həm də ekoloji bir problem kimi qiymətləndirilir.
HEYVANLARİN QORUNMASI VƏ CƏMİYYƏTİN RİFAHI
Məsələn, Fransada heyvanlara qarşı məsuliyyətsiz yanaşan və onları küçəyə atan şəxslər ciddi cərimələrlə üzləşir. Həmçinin, itlər üçün məcburi peyvənd və qeydiyyat sistemi mövcuddur.
Hollandiyada "no-kill" (itlərin öldürülməməsi) siyasəti mövcuddur, bu da itlərin sığınacaqlara yerləşdirilməsini şərtləndirir.
Almaniya sahibsiz itlərin idarə olunmasında ən sərt qaydalara malik ölkələrdən biridir. Burada itlər üçün mikroçip vasitəsilə qeydiyyat və peyvənd məcburidir.
Azərbaycanda 100 mindən çox sahibsiz it var
Son illərdə Azərbaycanda sahibsiz itlərin saynın 100 mini aşdığı deyilir.
Bakı və Abşeron yarımadasında isə küçə itlərinin sayı daha çoxdur. Günü-gündən artan statistika, eyni zamanda, quduzluğun, yoluxucu xəstəliklərin, itlərin insanlara qarşı hücum təhlükəsinin artması deməkdir. Sürü halında dolaşan itlər insanların təhlükəsizliyini ciddi formada təhdid edir
Əzizə Hakverdi
MİA.AZ
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb