Əli İnsanovun partiyasından daha bir funksioner istefa verdi: "Səbəbi gördükləri və..."

img

24-10-2024 [00:06]


Sabiq nazir Əli İnsanovun sədri olduğu  Haqq Ədalət Partiyasında istefa olub.

Mia.az xəbər verir ki, bu barədə partiya qurucularından olmuş Babək Adıgözəlov sosial media səhifəsində yazıb.

Onun sözlərinə görə, partiyanın İcra Aparatının birinci müavini Aslan Dəmirov istefa verib: "Səbəbi gördükləri və şahidi olduğu haqsızlıqlardır. Daha geniş aciqlamalar olacaqdır".

O, daha sonra belə bir ritorik sual ünvanlayıb: "Haqq Ədalət Partiyasında baş verənlərə səbəbkarlar kimlərdir? Haqq nəzilər, üzülməz!".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA