İLHAM ƏLİYEV PARLAMENTİN YENİ İCLASINDA: "Xarici dairələr bizə qarşı yeni planlar hazırlayır" - (FOTOLAR, Yenilənib)

img

23-09-2024 [12:41]


Bu gün Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

Mia.az xəbər verir ki, Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Ölkə başçısı iclasda geniş çıxş edib.

***

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır.

Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

Otuz ilin işğalının arxada qaldığını bildirən dövlət başçısı indi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu, nəticələrin də göz qabağında olduğunu vurğulayıb.

Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”, - deyə Prezident qeyd edib.

***

"Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır".

Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR