Milli Məclisin sədri və 4 vitse-spiker təsdiqləndi: onlar kimlərdir?(Yenilənib)

img

23-09-2024 [12:46]


VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.

Mia.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( I müavin və iki müavin) olub.

***

Bu gün Milli Məclisin yeni sədri seşilib.

Mia.az xəbər verir ki, Sahibə Qafarovanın namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasda irəli sürülüb. Və o, VII Milli Məclisin sədri seçilib.

***

Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.

Mia.az xəbər verir ki, bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib(Report)

Mia.az-ın əldə etdiyi məlumata görə, vitse-spiker postuna namizədlərdən biri yenə də VHP-dən Rafael Hüseynov, YAP-dan isə Əli Əhmədov namizəd göstərilib. Bitərəflərin namizədi isə Musa Qasımlı olub.

Xatırladaq ki, Sahibə Qafarova bundan əvvəl də spiker idi. Vitse-spikerlər isə Fəzail İbrahimli, Adi Əliyev və Əli Hüseynli olublar.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR