“Hizbullah” itkilərini təsdiqlədi

img

21-09-2024 [11:47]


“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib.

Bu barədə TASS xəbər verir.

Məlumata görə, onların hamısı “Hizbullah”ın hərbi lideri İbrahim Aqil və “Radvan” elit bölməsinin komandiri Əhməd Vəhbinin rəhbərliyi ilə keçirilən əməliyyat qərargahının iclasında iştirak ediblər.

Livan təhlükəsizlik xidmətindəki mənbə MTV-yə bildirib ki, İsrail təyyarələri 7 mərtəbəli binanın qarajına və onun altındakı iclas keçirilən bunkerə 4 raket zərbəsi endirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub