Əli Nağıyev Bakı Təhlükəsizlik Forumunda: "Bu xüsusda birgə səylər daha da gücləndirilməli və..."
17-09-2024 [09:12]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.
Mia.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin forumun iştirakçılarına müraciəti səsləndirilib, konfransın mövzusunu əhatə edən videomaterial təqdim olunub.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev qonaqları salamladıqdan sonra ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Xidmət rəisi Əli Nağıyev həmçinin beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırıb.
Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.
General-polkovnik Əli Nağıyev dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risklərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Daha sonra tədbir xarici xüsusi xidmət orqanlarının nümayəndə heyəti rəhbərlərinin mövzu ilə əlaqədar çıxışları ilə öz işini davam etdirib, sonda Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.
LİVANDA MİSLİ GÖRÜNMƏMİŞ KİBERHÜCUM: gözlər bu ölkəyə yönəldi - Macar şirkət isə "sirrə qədəm" qoydu
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
ABAD Füzuli şəhərində sakinlərlə görüş keçirib
İsrail Müdafiə Nazirliyi müharibənin yeni mərhələsini elan edib
Avropa Parlamenti noyabrda Avropa komissarlığına namizədlərlə bağlı müzakirələrə başlaya bilər
Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Türkmənistanda keçiriləcək görüşü müzakirə edib
BMT Fələstinin İsrailə qarşı ilk qətnaməsini qəbul edib
Leyla Əliyeva Biləsuvarda orta məktəbdə - FOTOLAR
“Neftçi” klubu idman direktoru ilə müqaviləyə xitam verib
Keçmiş vəkil Ruhid Əkbərov məhkəmə zalında həbs olunub
Nazir müavinlərinin sayı artırılıb - Fərman
Aparıcı Samir Bayramlı MTV-dən ayrılıb
"Azərreyl"də yeni baş məşqçi təyinatı olub
Ərdoğan: “Biz Türkiyəni çevriliş konstitusiyasından ən qısa zamanda qurtarmaq istəyirik”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıya kim gələcək: Paşinyan, yoxsa...- TƏHLİL
“Dedi ki, xahiş edəcəm, sənə qrant versinlər” - Bakıda modeli döyən biznesmenin məhkəməsində maraqlı dialoq
ABŞ Alyaskada hərbi gücünü artırır: "Gərəkirsə, Rusiya və Çinə eyni anda sərt cavaba hazırıq"
Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında - FOTOLAR
"Ardınca söhbət böyüdü, direktoru çağırdılar, dedilər..." - Diqqəti İmişliyə çəkən müəllimə işdən azadolunma səbəblərini sadaladı
İbrahim Tatlısəsin qızı təyarədə dava saldı - "Səni döyərəm" (VİDEO)
Rusiya MN: "Ukrayna ərazimizə 54 PUA ilə hücum edib"
LİVANLA YENİ SAVAŞ? - İsrail sərhədə 20 minə yaxın komando göndərib
Ərdoğan Livanın baş naziri ilə telefonda danışıb: "Münaqişələri bölgəyə yaymaq cəhdləri son dərəcə təhlükəlidir"
Paşinyan: "Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur"
Əli Əsədov təhsillə bağlı daha bir qərar imzalayıb
Bakıda məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib
Rəsm Bakı: "Regionda gərginlik ocaqları yaratmaq istəyirlər" - "Burada təkcə Fransa yox, digər başqa dövlətlər də yer alır"
NOYABR AYINDA 6 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ - Əli Əsədovdan qərar
DÖVLƏT XİDMƏTİNİN SƏDRİ KİMİ RƏİS TƏYİN EDİB? - Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində qeyri-müəyyənlik yaranıb
Zeynal Nağdəliyev yeni icra baçısını kollektivə təqdim edib - FOTO
Sabah yağış yağacaq
Türkiyədən Yunanıstana qaçmağa çalışan terrorçu tutulub
İmişlidə açıq havada dərs və ya icra nümayəndəsi ilə qalmaqal... - Müəllimə işdən azad olundu (VİDEO, YENİLƏNİB)