Bakıda "Zeytunluq" deyilən ərazidəki ağaclar qəsdən suvarılmır? - "Qəşəng bina yeridir" (FOTOLAR)

img

12-09-2024 [10:09]


"Bakı şəhərində parkların suvarmasına cavabdeh hansı qurumdur?".

Mia.az xəbər verir ki, bu sözləri "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev sosial media hesabında yazıb.

O, fotolar da paylaşaraq yazıb ki, aşağıdakı şəkilləri 9-cu mikrorayon sakinləri göndərib: ""Zeytunluq" deyilən ərazidi, aylardır suvarılmır. İnanırıq ki, bir ictimai birlik rəhbəri kimi bunu işıqlandıracaq və bundan sonra bu ağacların suvarılması mütəmadi həyata keçiriləcək" yazırlar".

Onun postuna şərh yazanlar isə ərazidəki ağacların qəsdən suvarılmadığını iddia edirlər.

Məsələn, jurnalist Aqil Ələsgər belə replika atıb: "Qəşəng bina yeridir. Adam da belə yeri sulayar?" 

Samir Musayev

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR