Qəzzada BMT-yə məxsus məktəb 6-cı dəfə vurulub - Ali qurumun işçiləri həlak olub, yaralılar var

img

12-09-2024 [09:04]


İsrail ordusu ötən gecə Qəzzada BMT-yə məxsus məktəbi növbəti dəfə bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Agentliyi (UNRWA) bəyanat verib.

Bəyanata əsasən, Nüsayrat Qaçqınlar Düşərgəsində mülki şəxslərin sığındığı BMT-yə aid bir məktəbə hücum nəticəsində aralarında uşaqların da olduğu 18 nəfər həlak olub: "Ölənlər arasnda uşaqlar və BMT əməkdaşları da var. Azı 30-dan çox insan isə yaralanıb. Bu, dəhşətli, amansız qətliamdır...”.

Xatırladaq ki, İsrail bundan əvvəl 5 dəfə həmiin məktəbi vurub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA