Türkiyəli nazirlər Özbəkistana gedir - Gündəlik bəlli oldu

img

11-09-2024 [15:15]


Türkiyə Xarici işlər naziri Hakan Fidan, Daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın sabah Özbəkistana səfər edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər zamanı ilk dəfə olaraq “üçlü görüş formatında” məsləhətləşmələr aparılacaq.

Görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələr və təhlükəsizlik sahəsində əməkdaşlıq qiymətləndiriləcək.

Görüşdən əlavə, Türkiyə ilə Özbəkistan arasında institusional sahədə əlaqələrin daha da gücləndirilməsi üçün işin yekunlaşdırılması hədəflənir.

Bundan əlavə, səfər zamanı Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) iyun ayında Türkiyədə keçirilən Üçüncü Toplantısında alınan qərarlar da müzakirə olunacaq.

Daha sonra isə onlaırn  Özbəkistanda prezident Şavkat Mirziyoyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA