ERMƏNİSTAN SƏRHƏDDƏ DAHA BİR TƏXRİBAT TÖRƏDİB: "Adekvat cavab tədbirləri görülüb"

img

11-09-2024 [12:09]


Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR