Deputata məxsus QHT-yə cərimə yazılıb

img

10-09-2024 [11:40]


"Paradiqma" İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinə inzibati protokol yazılıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Mia.az xəbər verir ki, bu QHT deputat Elman Nəsirovla qardaşı Ruslan Nəsirova məxsusdur. Onlar QHT Agentliyindən dəfələrlə böyük məbləğdə vəsait alıblar.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq