Rəsmi Moskva: "İranın Rusiyaya raket göndərməsi iddiası həqiqət deyil"

img

09-09-2024 [15:15]


"İranın Rusiyaya raket göndərməsi iddiası həqiqət deyil".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Rusiyaya raket göndərməsi iddiası reallığa əsaslanmır: "Biz bu məlumatları gördük. Belə məlumatlar hər zaman faktlara əsaslanmır. Düzdür, İran mühüm tərəfdaşdır. Biz ticarət-iqtisadi əlaqələrimizi, əməkdaşlığımızı və dialoqumuzu mümkün olan bütün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə inkişaf etdiririk. Biz bunu xalqların maraqları naminə etməyə davam edəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA