Sədr müavini istefa verdi: "Artıq özüm üçün yaşamağın vaxtı çatıb" - Partiya rəhbərliyinə etiraz 

img

03-09-2024 [10:47]


Ana Vətən Partiyası Qadınlar Şurasının sədr müavini Səbinə Kərimova vəzifəsindən istefa verib.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında açıqlama verib: “Mən Ana Vətən Partiyası ilə yollarımı ayırmağa qərar verdim. Bu, ilk deyil; bir neçə qurum var ki, mən onlardan da ayrılacağam. Çünki müstəqil və azad olmaq istəyirəm. Məni sıxacaq heç bir şeyin həyatımda qalmasını istəmirəm. Azad düşüncə və azad hərəkət. Artıq özüm üçün yaşamağın vaxtı çatıb.

Dövlət mənim dövlətimdir, ondan əsla narazı olmaram. Ancaq sizlərdən narazıyam. Buna görə də özüm olmağa qərar verdim."

Qeyd edək ki, Səbinə Kərimova 44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi üzrə Ana Vətən Partiyasından deputatlığa namizəd idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq