"Həmin televiziyanın rəhbərliyi dəyişəndən sonra..." - Çingiz Əhmədov
02-09-2024 [10:20]
“Televiziya kanallarından dəvətlər çoxdur. Hər yerə getmirəm. Çünki aparıcıların əksəriyyəti savadsızdır. Bilirəm ki, kim mənimlə necə danışacaq ora gedirəm. Elə aparıcılar var ki, çağırır, amma bilmir ki, nədən sual versin?! Deyirəm ki, ora getməsəm yaxşıdır. Çox cılızlaşıb hər şey. Hətta bir neçə veriliş var ki, onları tamam qara siyahıma atmışam. Həmin verilişlərin əməkdaşları mənə zəng edə bilmirlər”
Mia.az-ın məlumatına görə, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Akademik Musiqili Teatrın aparıcı aktyoru Çingiz Əhmədov deyib.
O daha sonra əlavə edib: “ O illərdə “Speys” tv-də Vaqif Mustafayev, Müşfiq Hətəmov məni dəvət etmişdilər, maraqlı verilişlər aparırdım. Tamaşaçılar da izləyirdilər, reytinqi də gözəl idi. Həmin televiziyanın rəhbərliyi dəyişəndən sonra mən özümə ora getməyi qadağan etmişəm. Maraqlı şou aparmaq təklifi gəlsə məmnuniyyətlə dəvəti qəbul edərəm. Yadınızdadırsa Ans kanalında həftəiçi 5 gün “Yeriniz məlum” verilişinin aparıcılığını edirdim. Necə maraqlı idi. Hər dəfə reytinqdə birinci idi. Bu gün illərlə efirlərə çıxmasam da tamaşaçı bilir ki, Çingiz var. Sözümü deyən aktyorlardanam".
Sənətkar görkəmli aktrisa Nəsibə Zeynalova ilə qohum olduğunu bildirib.
“Mən ona “məmə” deyirdim. Nəsibə xanımla qohum da olsaq onun mənim üzərimdə heç bir əməyi olmayıb. Göydə Allah, yerdə öz istedadım olub ki, mən Nəsibə xanımla, Əliağa Ağayevlə, Fazil Salayevlə, Bahadur Əliyevlə, Əli Zeynalovla tərəf müqabili olmuşam. Onlar da hər zaman məni çox istəyiblər. 1984-cü ildən də Musiqili teatrda işləyirəm. Aktrisa Ofeliya Məmmədzadə qolumdan tutub məni ora aparıb. Mən ora gedəndə artıq məşhur idim. Böyük rollar oynamışam. Allah qəni-qəni rəhmət etsin, Hacıbaba Bağırovun dəvəti ilə ikinci dəfə teatra qayıtmışam. Mart ayının 14-ü 40 il oldu ki, Akademik Musiqili Teatrda çalışıram. Heç kimin adından istifadə edib, kölgəsində böyüməmişəm. Nəsibə xanım nənəmlə dayıqızı bibiqızı olub. Bilənlər bilir, bilməyənlərin yadına salıram. Nəsibə xanımla birlikdə oynamışam, qastrollarda olmuşam. O vaxtı lapetlərin üstündə sovxozlarda, kalxozlarda oynamışıq. İndi Nəsibə xanım haqda elə xatirələr danışırlar ki.. Heç onu görməyiblər ee. Kimdənsə nəsə götürüb danışırlar. Adından istifadə edirlər. Tamaşaçı gözəl bilir ki, kim kimdir? Nəsibə xanımdan bir dənə idi. Gəldi və getdi. Kimlərsə özünü kiməsə bənzədir. Bu gün elə qocaman aktyorlar var ki, demək olar ki, tamaşaçıları yoxdur. Dünyasını dəyişən dəyişib. Yerdə qalan aktyorları isə istəmirlər. Nəsibə xanım həmişə deyirdi ki, aktyorda, müğənnidə, diktorda “idi kamni” olmalıdır. Onların artıq publikası yoxdur. Özlərini oda-közə vururlar, amma yadda qalmırlar. Qurban olum Allaha, Sovet dövründə də insanlar məni qəbul edib, indiki durğunluq dövründə də. Bunu tamaşalardan, səhnəyə çıxanda alqışlardan hiss edirəm. Səsim gələndə zaldakı tamaşaçı alqışlarını əsirgəmir” deyə sənətkar bildirib.
Tanınmış aktyor bu günki komediya aktyorlarından və ssenarilərdən narazıdır.
“Ümumiyyətlə hər 300 ildən bir insanlar da, zövqlər də, tamaşaçılar da dəyişir. O vaxt Mirzəağa Əliyev, Sidqi Ruhulla var idi. O dövr getdi, sonra gəldi Hacıbaba, Lütfəli, Bəşir dövrü. Bu gün cavanlar gəlir, amma yumor cəhətdən cavanlarımız çox zəifdir. Vokalistlərimiz yetişir, amma yumorlu gənclər yoxdur. O vaxt “Yeriniz məlum” verilişində Hacıbaba Bağırov dedi ki, mən bilirəm ki, sabah məndən sonra rollarımı Çingiz oynayacaq, təlxək yox. Amma mən sabah estafeti kimə ötürəcəyəm o yoxdur. O vaxt yazarlar, ssenaristlər var idi. Biz onların yazdıqlarını oynayırdıq, əndazədən kənara çıxmırdıq. Bu gün ağıllarına nə gəlir, yuxuda nə görürlərsə, onu da yazırlar və başlayırlar oynamağa. Baxırsan ki, bunun duzu yoxdur, şitdir. Müəyyən istedadlı uşaqlar var ki, onların xətirlərini çox istəyirəm. Məsələn, Ənvərlə, Həsrətlə “Nikolayın evi” serialında çəkilmişəm. Həmişə axtarışdadırlar. Onlara uğurlar arzulayıram” deyə aktyor bildirib.
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb