Bakı-Quba yolunda yük maşını körpüdən aşıb - Ölən var

img

29-08-2024 [09:57]


Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Quba regional qrupundan Mia.az-a bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA