“Jurnalistlər binası”ndakı obyekt hərraca çıxarıldı - 1.2 milyon manata
23-08-2024 [11:42]
Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 20-də hərrac keçirəcək. Hərraca xüsusi müsadirə edilmiş əmlaklar çıxarılacaq. Hərracda start qiyməti 216 min – 1 milyon 213 min 657 manat aralığında dəyişir. 20 sentyabr 2024-cü il tarixində saat 11:00-da hərraca çıxarılacaq xüsusi müsadirə edilmiş əmlakların siyahısında “Jurnalistlər binası”nda müsadirə olunan obyekt 1 milyon 2 min manata satışa çıxarılır. Sözügedən qeyri-yaşayış sahəsi Səbayel rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 (yaşayış binasının 1-ci mərtəbəsi) ünvanında yerləşir.
676 kvadrat metrə malik olan obyekt bir neçə dəfə hərraca çıxarılsa da, alıcı tapılmayıb. Maraqlıdır ki, bu əmlakın müsadirə olunması ilə bağlı məlumatlar yoxdur. Əgər söhbət KİVDF-nin həbsdəki sabiq sədri Vüqar Səfərlinin əmlaklarından gedirsə, onun müsadirə olunan əmlakları siyahısında bu ünvan haqda heç bir bilgiyə rast gəlinmir.
Bundan başqa, baş tutacaq hərraca Xızı rayonunun Qızılqazma kəndində əmlak da çıxarılır. Həmin kənddə Akif Çovdarovun 2 hektar torpaq sahəsi vardı və müsadirə edilmişdi. Ümumiyyətlə isə Akif Çovdarov 2015-ci ilin sonunda həbs olunanda onun özü və yaxınlarına məxsus xeyli əmlakın üzərinə həbs qoyulmuşdu. Bu əmlakların ümumi dəyəri istintaq dövründə 32 milyon 256 min manat qiymətləndirilmişdi. Bakı Hərbi Məhkəməsində Çovdarova hökm oxunub, 12 il həbs cəzası veriləndə bu əmlakların əksər hissəsinin müsadirə olunmasına qərar verilsə də, bir hissəsinin əlindən alınması məqsədəuyğun sayılmadı. Onların arasında Akif Çovdarovun Badamdar qəsəbəsindəki villaları da vardı. Bundan başqa, Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki evlər vardı ki, Çovdarov həmin evlərin çoxdan satıldığını, hazırda o evlərdə yaşayanların bu məsələlərə heç bir aidiyyəti olmadıqlarını bildirirdi. dirnaq modelleri
Çovdarov heç cəzasının yarısını çəkmədən – 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxıldı. Akif Çovdarov bir neçə dəfə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan geri götürmüşdü. Sonuncu dəfə – o, həbsdən buraxılandan sonra Ali Məhkəmədə işə baxılanda mülklərin müsadirəsi hissəsində apelyasiya məhkəməsinin qərarı ləğv edilmiş, bu hissədə iş yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdı. 2022-ci ilin iyunundan apelyasiya instansiyasında Habil Məmmədovun sədrliyilə, İlqar Murquzov və Həsən Əhmədovdan ibarət hakimlər kollegiyası Çovdarovun mülklərilə bağlı məsələni yenidən araşdırırdı. Adları çəkilən hakimlər 2022-ci il dekabrın 28-də bu məsələ ilə bağlı yekun qərar verib və belə nəticəyə gəlib ki, onun yaxınlarının adına olan və müsadirə olunmuş mülklərin hamısı geri qaytarılmalıdır. Söhbət aşağıdakı mülklərdən gedir:
– Bakı şəhəri, “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin səhmlərinin yarısı – 8.1 milyon manat;
– Biləcəri qəsəbəsində 560 kv.metr torpaq sahəsi – 95 min manat;
– Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi – 300 min manat;
– Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kv.metr qeyri-yaşayış sahəsi – 231 min 500 manat;
– Xətai rayonu, Məhəmməd Hadi küçəsində mənzil – 125 min manat;
– Nəsimi rayonu, Bülbül prospektində mənzil – 483 min manat;
– Novxanı qəsəbəsində torpaq sahələri – 86 min manat və 71 min manat;
– Novxanı qəsəbəsində bağ evi – 800 min manat;
– Novxanı qəsəbəsində bağ evi – 700 min manat;
– Saray kəndində torpaq sahələri – 60 min manat, 203 min manat, 59 min 500 manat;
– Qəbələ rayonu Nohurqışlaq kəndində torpaq sahələri – hər biri 15 min manat;
– Şamaxı rayonu Nağaraxana kəndində torpaq sahələri və tikililər – ümumilikdə 4 milyon 310 min manat;
– Kürdəmir rayonunun müxtəlif kəndlərində torpaq sahələri və təsərrüfatlar – 640 min manat;
– Kürdəmir şəhərində “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu – 208 min manat;
– Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində yerləşən qarajlar – 96 min manat;
– Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsində 4941 kv.metrlik 6 mərtəbəli bina – 3 milyon 178 min manat;
– Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində 7 mərtəbəli qeyri-yaşayış binası – 4 milyon 500 min manat.
– Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;
Bu əmlakların Akif Çovdarova geri qaytarılması barədə qərardan kassasiya protesti verildi və Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə protesti təmin edildi. Əmlakların xüsusi müsadirədən azad edilməsi üzrə məsələ maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən Bakı Apelyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv olundu.
Hələ 2017-ci ildə Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Çovdarov belə münasibət bildirmişdi: “Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətinin sərəncamı əsasında verilib…”
Lakin cinayət işinin materiallarında bu əmlakların bir qisminin cinayət yoluyla əldə olunmasına dair konkret ifadələr var. Məsələn, “8-ci kilometr bazarı”. Bununla əlaqədar hətta Akif Çovdarova ittiham da verilib. Cinayət işinin materiallarında göstərilib ki, bu bazar Səfərov qardaşlarından zorla alınıb. Qardaşların payının 50 faizi Akif Çovdarovun qızı Aida Qasımova, qalan yarısı da o dövrdə Milli Təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib. Hətta Səfərov qardaşları da buna görə Çovdarovun işi üzrə zərərçəkmiş qismində tanınıb. Buna baxmayaraq, apelyasiya məhkəməsi Aida Qasımovanın adına olan payları ona geri qaytarmaq barədə qərar qəbul edib. Akif Çovdarov hələ həbsindən illər öncə zaman-zaman medianın diqqətini çəkib. Onun adı tez-tez qalmaqallı hadisələrdə hallanıb.
2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat nəticəsində nazirlikdə 20-dən çox vəzifəli şəxs, o cümlədən 5 general həbs olundu ki, onlardan biri də Akif Çovdarov idi. O, hədə-qorxu ilə tələb etmə, hakimiyyətdən sui-istifadə etmə, mənimsəmə, qanunsuz azadlıqdan məhrum etmə və başqa əməllərdə ittiham olunurdu. Cinayət işinin materiallarında iddia olunurdu ki, o, iş adamlarını, maddi durumu yaxşı olan şəxsləri MTN-ə gətirdərək, onları təhqir edib, zorakılıq edib, döydürüb, onların özlərindən, yaxınlarından külli miqdarda pul, əmlak alandan sonra buraxıb. Lakin Akif Çovdarov bu ittihamların heç birini qəbul etmir, zərərçəkmiş qismində tanınan şəxsləri günahlandırırdı. İddia edirdi ki, onların heç biri MTN-ə əsassız çağırılmayıb(“Yeni Müsavat”)
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ BİNANIN BİR MƏRTƏBƏSİNİ NİYƏ PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi (VİDEO)
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb