Bosniya və Herseqovinada məktəbdə silahlı insident: direktor və daha iki nəfər ölüb, yaralı var

Bosniya və Herseqovinada məktəbdə silahlı insident: direktor və daha iki nəfər ölüb, yaralı var

DÜNYA

21.08.2024, 15:19

Bosniya və Herseqovinada məktəb rəhbərliyi güllələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Sanski Most şəhərində yerləşən orta məktəbə silahlı basqın olub.

Məlumata görə, adı hələlik açqlanmayan şəxs aralarında məktəb direktoru və müavini olmaqla 3 nəfəri güllələyərək öldürüb.

İddiaya görə, o, daha sonra həmin silahla özünü də öldürüb: "Hadisə zamanı bir müəllim isə yaralanıb".

Hadisənin motivi araşdırılır.

Lamiyə Əhmədli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR