Ərəblər "Qalatasaray"ın müdafiəçisinə təklif göndərib

Ərəblər "Qalatasaray"ın müdafiəçisinə təklif göndərib

İDMAN

16.08.2024, 12:50

"Qalatasaray"ın təcrübəli müdafiəçisi Abdülkerim Bardakcı Səudiyyə Ərəbistanından sürpriz təklif göndərilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bardakcıya "Əş Şabab" klubu 5 milyon avro təklif edib.

Məlumata görə, İstanbul klubu təklifi dərhal rədd edib: ""Qalatasaray" təklif olunan məbləği o qədər az sayıb ki, ağızdan çıxar-çıxmaz geri çevririb".

Xəbərdə o da iddia olunur ki,  Səudiyyə təmsilçisi “Qalatasaray”ın qapısını yeni təkliflə döyə bilər.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR