Pakistanda mülki şəxslərə qumbara atılıb - 1 ölü, 10 yaralı var

img

15-08-2024 [12:07]


Pakistanın Bəlucistan əyalətində otelin qarşısında oturan insanlara əl qumbarası atılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, terror aktını Bəlucistan Azadlıq Ordusu (BLA) üzvünün həyata keçirdiyi bildirilir.

Məlumata görə, terror aktı nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Xatırladaq ki, 2000-ci ildə qurulan BLA Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəni Bəluc xalqının idarə etməsini istəyir.

 Bu səbəbdən BLA Pakistan təhlükəsizlik qüvvələrini, hüquq-mühafizə orqanları əməkdaşlarını və mülki şəxsləri hədəf alan hücumlar həyata keçirir.

Onu da qeyd edək ki, Pakistanın ən böyük əyaləti olan Bəlucistan ölkədə yoxsulluğun ən yüksək olduğu bölgədir. Əyalət həm də onilliklər ərzində İslamabad administrasiyası ilə mübarizə aparan separatçı hərəkatların mərkəzidir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq