Jurnalist Peyman Sadıqov seçicilərinə müraciət edib
SİYASƏT
15.08.2024, 11:32
51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Peyman Sadıqov seçicilərinə müraciət edib.
Mia.az xəbər verir ki, o, namizədi olduğu dairədə uğğiurla kampaniya apardığıqlarını deyib:
"Mənim təşviqat kampaniyamın əsası dairənin ərazisində yaşayan gənc və orta nəslin nümayəndələrindən ibarət böyük bir komandadan ibarətdir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənmək komanda şəkilində çalışırıq. Çünki fiziki cəhətdən bütün problemləri görmək, onların qeydiyyatını aparmaq mümkün deyil. Lakin komanda şəkilində biz böyük bir ərazinin problemlərini görür, sakinləri narahat edən məslələri qeydiyyata alırıq.
Sosial şəbəkə üzərindən seçkiqabağı təşviqatın aparılmasına, “Facebook” vasitəsilə insanlara vəd verməklə onların inamını qazanamağa çalışmağı düzgün addım hesab etmirəm. Əgər sən seçicinin problemini daha dəqiq bilmək və onu dinləmək istəyirsənsə, əziyyət çəkib onun ünvanına getməlisən.
Çalışıram ki, fərqli və peşəkar şəkildə təbliğat-təşviqat kampaniyası aparım. Hər bir namizədin formalaşmış imici olmalıdır, onun müraciəti və məsələlərə yanaşması çox əhəmiyyətlidir.
Seçicilərin namizəddən istədikləri vacib məsələləri sizin diqqətinizə çatdırıram.
İlk öncə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, dövlətin bu istiqamətdə gördüyü işlərin daha da məhsuldar və effektiv olmasına çalışmaq. Korrupsiya və ədalətsizliyə qarşı mübarizədə ön sıralarda olmaq. Şəhərin bərbad vəziyyətdə olan yollarının bərpa olunmasına nail olmaq.
Çıxarışı olmayan evlərə lazımi sənədlər verilməsinə köməklik göstərmək.
Bundan başqa, şəhər ərazisinin abadlaşdırılması, müasir texniki avdanlıqlarla təchiz olunan klinikaların açılması, şəhərin müxtəlif yerlərində pulsuz idman zonalarının yaradılması və şəhər sakinlərinin struktur işsizliyinin aradan qaldırılması üçün aidiyyəti qurumların diqqətini bu istiqamətə yönəltmək.
Namizədliyimi irəli sürdüyüm Şirvan şəhərində ən çox narahat doğuran məqam insanların ümidsizlik və inamsızlıq hissləri ilə yaşamasıdır.
Şəhər sakinləri ilə söhbət zamanı onların uzun illərdir yaşadığı evlərinin çıxarışlarının və digər sənədlərinin olmamasına görə qeydiyyata alınmamağından şikayətləndilər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə müvafiq fərmanlar verilsə də, bəzi rayonlarda vətəndaşların şikayətləri həll olunmayıb.
Yolların bərbad vəziyyətdə olması, kanalizasiya sisteminin normal şəkildə işləməməsi və digər sosial problemlər var. İnsanlar yol olmsa, kanalizasiya sistemi işləməsə, qaz, işıq, su olmasa, sadəcə əziyyət çəkəcəklər. Görünən odur ki, bu dairədən əvvəllər seçilən deputatlar sakinlərin həm həyətinə, həm də həyatına laqeyd yanışıblar.
Şəhərin əsas problemi yolların bərbad vəziyyətdə olmasıdır. Xüsusilə qış aylarında yağıntılı havalarda yaşlılar və uşaqlar əziyyətlə bu yollardan istifadə edirlər. Şagirdlər palçıqlı yollarla çətinliklə məktəbə gedirlər. Belə şəraitsizlik onların məktəbdəki davamiyyətlərinə və normal təhsil almalarına mənfi təsir edir. İnsanları bu qədər narazı salan problemlərin həll olunmamasını mən yalnız dövlətə və hakimiyyətə qarşı təxribat kimi qiymətləndirirəm.
Şirvanda iqtisadi problemlər mövcuddur. Yeni iş yerlərinin açılmasına ehtiyac var. İnsanlar kütləvi şəkildə işsizlikdən, dolanışığı olmadığından, ailədə ciddi problemləri olduğundan şəhərə üz tuturlar. Bu insanlar yalnız Bakıya deyil, Rusiyaya, Türkiyəyə, Orta Asiya ölkələrinə gedirlər. Müharibədən əvvəl Ukraynaya da gedirdilər. Bu insanların taleyindən, həyat tərzlərindən narahat oluram. İnsanları qaçqın kimi yaşamağa məcbur edən səbəb nədir? Təcili olaraq sosial problemlər dövlət səviyyəsində həll olunmalıdır ki, insanlar doğulduqları mühitdə rahat yaşaya, uşaq böyüdə, işləyə bilsinlər. Nəhəng şəhərdə evləri, işləri, təhsilləri yox, qalırlar küçələrdə... Hamı özünə şərait yaratmalı və taleyini normal, səlahiyətli bir insan kimi yaşamalıdır. Sosial problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. Şirvanda ciddi şəkildə kadr islahatları aparılmalıdır. Milli ruhlu, vətənpərvər insanlar şəhərdə rəhbərliyə gətirilməlidir. Şəhər sakinlərinin taleyi, həyat tərzi, dəyərləri ilə oynamaq olmaz. İnsanları mənən sınmağa, pis yola düşməyə, ehtiyaca görə qəddarlaşmağa, pis-pis işlərlə məşğul olmağa məcbur etməsinlər. Hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. Əgər problem baş verirsə deməli orada pis təşkilat, pis rəhbərlik var ki, şəhərdə belə sosial problemlər yaranır.
Bu gün Şirvanın sferasında ən ciddi problem narkomaniya ilə bağlıdır. Son zamanlar bu çox aktivləşib. Problemin bir sıra səbəbləri var: birinci, İranla yaxın olmağımız, oradan narkotranzitin keçməsi. İkincisi, gənclər arasında işsizliyin olmasıdır ki, bu da narkomaniyanın artmasına səbəb olur. İşsiz gənclər vaxtlarını öldürmək üçün bu yola can atırlar. Nəticədə gənclər arasında narkomaniyaya meyl artıb. Bu sahədə ciddi işlər görülməlidir.
Şirvan camaatı əməksevər, işləməyi bacaran, çorək qazanmağın yolunu biləndir. Buna görə şəhərdə daha çox iş yerləri açılsa, Şirvanda inkişafa nail olmaq olar. Büdcə vəsaitləri hesabına əhaliyə pulsuz sosial xidmətlər göstərilməsi üçün fondların yaradılması vacib məsələlərdən biri olmalıdır. işsizliyə görə və ölkənin əmək qabiliyyəti olmayan vətəndaşlarının saxlanmasına görə müavinətlərin ödənilməsi üçün büdcələrdə (yerli və ümumdövlət) ehtiyat fondların yaradılması lazımdır. Əhalinin müəyyən kateqoriyalarına müxtəlif xidmətlər göstərən ictimai fondların geniş şəbəkəsinin mövcudluğu. Dövlət və işəgötürənlər tərəfindən göstərilən sosial xidmətlərə və təqdim olunan imtiyazlara vətəndaşların hüquqlarının qanunvericiliklə təsbit olunması və bu hüquqların reallaşdırılmasını təmin edən təsirli mexanizmlərin olması prioritet məsələdir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AZƏRBAYCAN və İRAN XİN BAŞÇILARI NYU-YORKDA BİR ARADA: nələr müzakirə edildi?
22.09.2026, 23:32 GÜNDƏM
-
Ərdoğan BMT kürsüsündən dünyaya səsləndi: "Mahmud Abbas burada niyə yoxdur?"
22.09.2026, 23:19 GÜNDƏM
-
Azərbaycanın İrandakı səfirliyi məlumat yaydı - Ölkəyə qayıtmaq istəyənlər üçün...
22.09.2026, 23:17 GÜNDƏM
-
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
22.09.2026, 23:08 İQTİSADİYYAT
-
Əmrullayev əmr imzaladı - Bakıda universitetlər distant təhsilə keçdi
22.09.2026, 20:40 GÜNDƏM
-
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək
22.09.2026, 20:36 GÜNDƏM
-
AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)
22.09.2026, 19:50 GÜNDƏM
-
Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı
22.09.2026, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
22.09.2026, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
22.09.2026, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
22.09.2026, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
22.09.2026, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
22.09.2026, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22.09.2026, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
22.09.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.2026, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
22.09.2026, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
22.09.2026, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
22.09.2026, 16:06 MƏDƏNİYYƏT
-
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
22.09.2026, 15:55 CƏMİYYƏT
-
Lənkəran evdın seyf oğurlanıb
22.09.2026, 15:16 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
22.09.2026, 15:06 KRİMİNAL
-
İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"
22.09.2026, 14:46 DÜNYA
-
Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR
22.09.2026, 14:32 GÜNDƏM
-
Ehtiram Quliyevdən “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərə - Reaksiya
22.09.2026, 14:19 İDMAN
-
Deputat qınadı, nazirlik "əl-ayağa" düşdü, mətbuat katibi isə "gül" vurdu - FOTOLAR
22.09.2026, 14:10 SİYASƏT
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
22.09.2026, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
22.09.2026, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
22.09.2026, 13:21 CƏMİYYƏT
-
İsrail Qəzzada yeni əməliyyata başlayıb, ölənlər var
22.09.2026, 13:11 DÜNYA
-
Özgür Özəl üçün böyük şok - Bələdiyyə sədri gözlənilməz qərar verdi
22.09.2026, 12:58 DÜNYA
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
22.09.2026, 12:54 KRİMİNAL
-
Mərkəzi Bank bu qurumu cərimələdi
22.09.2026, 12:45 İQTİSADİYYAT