Yunanıstanı ağuşuna alan güclü yanğın... - Türkiyə 2 təyyarə və 1 helikopter göndəriləcək

img

13-08-2024 [00:04]


Türkiyə Yunanıstanın paytaxtı Afinanı da təhdid edən güclü meşə yanğınının söndürülməsi məqsədiylə qonşu ölkəyə yardım göndərəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyə Yunanıstana dəstək üçün iki yanğınsöndürmə təyyarəsi və bir helikopter göndərməyə hazırlaşır.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlama verib.

O bildirib ki, artıq bu barədə lazımi təlimat verilib: "İki yanğınsöndürmə təyyarəsi və bir helikopter göndərilməsi üçün lazımi işlərə başlanılıb. Tezliklə yanğınsöndürənlərimiz qonşu ölkədə yanğının söndürülməsi prosesinə qatılacaq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA