İsrail Qəzzada ev və tarlanı hədəfə alıb: ölən və yaralananlar var

img

12-08-2024 [00:17]


İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrində 3 evi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə evlərdə olan 4 mülki şəxs həlak olub, 10-dan çox yaralanan var.

Qəzzada Mülki Müdafiə Təşkilatından verilən açıqlamaya görə, İsrail döyüş təyyarələri Qəzza şəhərindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki evləri son həftələrdə mütəmadi bombalamağa başlayıblar: "Onlar bu evlərdə HƏMAS döyüşçülərinin olduğunu düşünürlər".

Xəbərdə o da deyilir ki, İsrail qüvvələrinin Nusayratın Sevariha bölgəsində tarlanı da bombalayıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA