Gəlin qayınanasını baltaladı - Daşkəsəndə şok olay

img

05-08-2024 [00:06]


Avqustun 4-də Daşkəsən rayon sakini Tahirə Qurbanovanın almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az Daşkəsən rayon prokurorluğuna istinadla xəbər verir ki, araşdırmalarla 1982-ci il təvəllüdlü Səidə Həsənovanın iyulun 27-də rayonun Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayan qayınanası 1958-ci il təvəllüdlü Tahirə Qurbanovanın baş nahiyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır.

İbtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA