Qəzzada bombardman davam edir - 16 nəfər həlak olub

img

19-07-2024 [12:45]


İsrail ordusu Qəzza zolağına gecə boyu raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, müxətlif bölgələrə fırladılan raketlər bir çox evləri dağıdıb: "Nəticədə ən azı 16 mülki şəxs ölüb, 50-yə yaxın yaralı var".

Agentliyin məlumatına görə, hazırda son 24 saatdakı itkilər dəqiqləşdirilir.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumu nəticəsində 38848 nəfər həyatını itirib, 89459 nəfər yaralanıb. İddiya görə, dağıntılar altında 10 minə yaxın insan cəsədi qalıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA