Selçuk İnan: "Ən qısa zamanda yaxşı komandaya çevriləcəyik"

img

18-07-2024 [16:19]


"Bir neçə günlük istirahətdən sonra ikinci mərhələ məşqinə davam edəcəyik. Yeni gələnlərlə ən qısa zamanda yaxşı komandaya çevriləcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qaziantep FK"nin baş məşqçisi Selçuk İnan deyib.

O bildirib ki, komandasında fiziki gücü artırmaq üçün çox çalışıblar, transferlər isə çətin olduğundan daha çox səy göstərmək məcburiyyətindədirlər: "Hazırda futbolçu transferi asan deyil. Futbolçuları bura gəlməyə inandırmaq və istədikləri şərtləri yerinə yetirmək çətindir. Azarkeşlərə demək istəyirəm ki, səbrli olun, rahat olun. Sadəcə bizə güvənin. Futbolçular da əllərindən gələni edirlər. Ümid edirəm ki, azarkeşləri sevindirmək üçün yaxşı bir komanda quracağıq".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA