İsrail Qəzzada dinc əhalinin toplaşdığı bölgəni bombalayıb - Ölən və yaralananlar var

img

09-07-2024 [17:05]


İsrail Qəzzada dinc əhalinin toplaşdığı bölgəni bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bureyc Qaçqınlar Düşərgəsində mülki əhalinin toplaşdığı əraziyə atılan raket 4-ü uşaq olmaqla 7 fələstinlinin ölümünə səbəb olub.

Məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var.

Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılar ağır şərtlər altında işləyən xəstəxanalara aparılıblar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR