Qarabağ Universitetinə mətbuat katibi təyin olundu - FOTO

img

08-07-2024 [17:14]


Qarabağ Universitetinə nətbuat katibi təyin edilib.

Mia.az xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb. O, 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq