Mikayıl Cabbarovun xalası oğlu haqda şok xəbər - Elnur Əliyev "qara kassa"dır?

img

04-07-2014 [16:00]


Təhsil naziri Mikayıl Cabbarovun ən yaxın adamlarından biri olan Elnur Əliyevlə bağlı maraqlı məllumat yayılıb. 



Məlumatda bildirilir ki, Elnur Əliyev Bakı şəhər Təhsil İdarəsinə birinci müavin vəzifəsinə təyin olunduqdan sonra idərənin bütün rəsmi və qeyri-rəsmi səlahəiyyətlərinə sahiblənib. 

Qeyd edək ki, 200-dən çox məktəbi özündə birləşdirən Bakı şəhər Təhsil İdarəsi Təhsil Nazirliyninin əsas streteji və gəlirli sahələrindən biri hesab olunur. Bu məktəblərə nəzarəti həyata keçirən Elnur Əliyevin həmçinin Bakı şəhər Təhsil İdarəsinin bütün maliyyə resurslarına da nəzərət etdiyi qeyd olunur.

Məluamta bildirilir ki,  Elnur Əliyev "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi olub. Daha əvvələr isə Elnur Əliyev JEK rəisi işləyib. 

Daxil olan məlumatda bildirilir ki, Elnur Əliyev təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur. Bu səbədən də istər "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, istərsə də, Təhsil Nazirliyində Mikayıl Cabbarovun ən inanılmış adamı hesab olunub və olunmaqdadır. 

Məlumata əsasən Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra tədricən nazirliyin bütün "kilid” yerlərinə nəzarəti məhz Elnur Əliyevə həvalə edib. Hazırda nazirin xalası oğlu rəsmi olaraq Təhsil Nazirliyinin ümumi şöbəsinin müdiri və Bakı Təhsil şöbəsində birinci müavini vəzifələrini icra edir. Həmçinin Elnur Əliyev xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respubilkasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsinə nəzarət edən 3 nəfərlik Ekspert Qrupunun tərkibində yer alır. 
Məlumatlı mənbəmiz bildirir ki, xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının diplomlarının tanınması işlərinə Elnur Əliyev rəhbərlik edir. Diplomların tanınması işində isə külli miqdarda qazanc var. 

Qeyd edək ki, Misir Mərdanovun zamanında bu işi sabiq nazirə yaxın olan isimlərdən biri, nazirliynin Hüquq Sektorunun müdiri Elmir Həsənli həyata keçirirdi və məhz Elmir Həsənlinin sayəsində çoxlu sayda saxta diplom tanınıb.

Məlumata əsasən hazırda Elnur Əliyevin əsas vəzifəsi  paytaxt məktəb direktorlarından yığılan aylıq "hesablar”a və Bakı Təhsil şöbəsinin xətti ilə orta məktəblərə ayrılan vəsaitlərin xərclənməsinə nəzarəti həyata keçirtməkdir. Paytaxtın orta məktəblərdə imtahanların keçirilməsinə və atesstatların verilməsinə də nəzarəti Elnur Əliyevin komandası həyata keçirir. 

Qeyd edək ki, Elnur Əliyevin bağlı yaxın günlərdə oxucularımıza ilginc informasiya təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?