Putin: “Taliban terrorla mübarizədə bizim müttəfiqimizdir”

Putin: “Taliban terrorla mübarizədə bizim müttəfiqimizdir”

DÜNYA

05.07.2024, 00:15

“Taliban terrorla mübarizədə bizim müttəfiqimizdir”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti  Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Zirvə Toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya prezidenti Rusiyanın "Taliban"ı terror təşkilatları siyahısından nə vaxt çıxaracağının rəsmi Moskvadan aslı olmadığını deyib: "Ümumiyyətlə, Talibanın ölkədəki gücə nəzarət etməsindən başlamalıyıq. Bu mənada terrora qarşı mübarizədə Taliban bizim müttəfiqimizdir".

Putinin sözlərinə görə, Taliban Əfqanıstanda sabit vəziyyət istəyir: "Talibandan dəfələrlə bizimlə işləməyə və terrorla birgə mübarizəyə hazır olduqlarına dair siqnallar almışıq. Hazırda bu siqnallar ciddiyyətlə izlənilir".

Lamiyə

MİA.AZ
 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR