Məcburi köçkün yardımı niyə ala bilmir? - Füzulidə ÜSY davası (VİDEO)

img

02-07-2014 [00:24]


Füzuli rayonunda bir ailə sosial yardım ala bilmir.

ANS TV-nin məlumatına görə, Elman Heydərov əslən Füzulinın işğal altındakı Aşağı Seyidəhmədli kəndindəndir. 2000-ci ildən rayonun "Qayıdış-4” qəsəbəsində məskunlaşıb. İki azyaşlı övladı olan Elman Heydərovun sözlərinə görə, ona verilən ünvanlı sosial yardım düzgün hesablanmır.

Elman Heydərov qeyd edir ki, birinci ili 30 AZN, sonra 100 AZN, bir müddətdən sonra isə 113 AZN 73 qəpik ünvanlı sosial yardım alıb. 

Daimi iş yeri olmayan Elman qazancının ailəsini dolandırmağa çətinliklə çatdığını deyir. Onun sözlərinə görə, iki aydır ki, ünvanlı sosial yardımı ala bilmir.

Elman Heydərov xatırladıb ki, gələn aydan deyirlər ki, veriləcək, ancaq məbləğin nə qədər olacağını demirlər.

Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən isə bildirdilər ki, 2012-ci ilin mart ayından hər əmək qabiliyyətli vətəndaşın ünvanlı sosial yardım alması üçün sosial sığorta şəhadətnaməsi tələb olunur. Məbləğdəki dəyişiklik də bununla əlaqədardır. 2 aydır ünvanlı sosial yadım ala bilməməsinə gəlincə isə Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirdilər ki, Elman Heydərov yardım üçün bu il iyun ayının 24-də müraciət edib. Ayın əvvəlindən də ona ayrılan pul təyinatı üzrə hesablanıb. Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən onu da bildirdilər ki, Elman Heydərov 2015-ci ilin mart ayının 31-nə qədər hər ay üçün 94 AZN 60 qəpik ünvanlı sosial yardım alacaq. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi