ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb - Pilot ağır yaralanıb

img

29-05-2024 [11:25]


Bu gün ABŞ-da Texasdan Kaliforniyaya uçan F-35 qırıcısı qəzaya düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə təyyarənin istehsalçısı "Lockheed Martin" şirkətindən bildirilib.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, F-35 qırıcı təyyarəsi uçuş marşrutunda olarkən Nyu Meksikodakı Kirtland aviabazasında yanacaq doldurduqdan sonra Albuquerque Beynəlxalq Sunport Hava Limanı yaxınlığında qəzaya uğrayıb: "Hadisə yerinə həkim qrupları göndərilib. Pilot artıq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır".

Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumat verilməyib.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub