TEHRAN DAĞIDICI SİLAH İSTEHSALININ ANONSUNU VERDİ: "Bu təhdid mövqeyimizi dəyişməyə məcbur edə bilər"
GÜNDƏM
27.05.2024, 10:45
"İsraildən gələn nüvə təhdidi regionu nüvə silahı ilə bağlı mövqeyinə yenidən baxmağa məcbur edəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ayətullah Əli Xameneiyə tabe olan İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi və keçmiş baş müzakirəçi Abbas Arakçi deyib.
O, bu sözləri Qətərdə keçirilən “Əqsadan sonra Yaxın Şərqdə dəyişikliklər” adlı Əl-Cəzirə Forumunda çıxışında daha sonra bildirib ki, İranın Fələstin və İsrail arasında "iki dövlət" həll modelinə qarşıdır: "İran problemin həllini üsəlman, yəhudi və xristianlar arasında referendumla yaradılacaq tək dövlətin elanında görür".
Arakçının sözlərinə görə, İsrailin nüvə silahı təhdidləri artıq əndazəni aşıb: "İsrail nüvə silahına malik olduğunu nə inkar edir, nə də təsdiqləyirdi. Onlar bu məsələdə qeyri-müəyyənlik yaratmaqla hamını ətalətə saxlayrdı. ANcaq Qəzzada 8 aylıq müqavimətin ardından İsrail bu çərçivəni aşdı v hər kısi üstüörtülü şəkildə nüvə başlığı ilə təhdid edir. Onlar dəfələrlə bu kütləvi qırğın silahlarından istifadə edə biləcəklərina eyham vurublar. Bu da İsrailin nüvə silahına sahib olması deməkdir. Bu təhdidlər isə bölgədəki təhlükəsizlik sistemini dəyişəcək və başqalarını nüvə silahı istehsalı ilə bağlı öz mövqelərini nəzərdən keçirməyə məcbur edəcək".
Xatırladaq ki, İran lideri Xamenei 2000-ci illərin əvvəllərində fitva verərək nüvə silahının hazırlanmasını və ya istifadəsini qadağan edib.
Lakin aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra ölkədəki bəzi siyasətçilər Xamneyinin fitvasının dəyişə biləcəyini və İranın da nüvə silahı istehsal edə biləcəyini iddia ediblər.
Hətta Xameneiyə bağlı olan Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Hərrazi mayın 13-də bəyan edib ki, əgər ölkəsi İsrail tərəfindən nüvə silahı ilə hədələnərsə, Tehran nüvə silahı istehsalı ilə bağlı strategiyasını dəyişəcək: “İnqilabi rəhbərliyin (Xamenei) nüvə silahının qadağan olunması ilə bağlı fitvası var, lakin düşmən sizi təhdid edərsə, doktrinanızı dəyişməlisiniz”.
Beynəlxalq Atom Enerjisi Direktoru Rafael Mariano Grossi bəyan edib ki, Tehran istəsə bir neçə nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı var.
Firudin Səfərli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
Bugün, 18:19 GÜNDƏM
-
Departamentin müdir müavini nazirə elə müraciət etdi ki... - "Barəmdə Sizə qeyri-obyektiv və birtərəfli şəkildə məlumat təqdim edilməsi və..." (FOTOLAR)
Bugün, 18:06 CƏMİYYƏT
-
Müdafiə Sənayesi Nazirliyinin strukturu ilə bağlı qərar verildi
Bugün, 18:01 GÜNDƏM
-
Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
Bugün, 17:52 KRİMİNAL
-
Suriya Prezidentinin xanımının inanılmaz yüksəlişi... - FOTOLAR
Bugün, 17:36 DÜNYA
-
Pələng əkin sahəsində 19 yaşlı gənci parçaladı
Bugün, 17:23 DÜNYA
-
"Asan Xidmət" Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb
Bugün, 17:17 KRİMİNAL
-
Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub - Açıqlama + VİDEOLAR
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakıda "Mustafa Kamal Atatürk- Türk Dünyasının Əbədi Lideri" adlı kitabın təqdimat mərasimi keçiriləcək - Bu tarixdə
Bugün, 16:48 CƏMİYYƏT
-
Yeni Partiyanın ilk Qurultayı... - Tarix bəlli oldu
Bugün, 16:45 SİYASƏT
-
Elman Sultanov istefaya göndərildi
Bugün, 16:32 İDMAN
-
Azercell-in 30 il səninlə lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Bugün, 16:24 İQTİSADİYYAT
-
"55 yaşında insan balet oynaya bilərmi?" - Fərhad Bədəlbəyli sənətkarların pensiya təminatına diqqət çəkdi
Bugün, 16:16 MƏDƏNİYYƏT
-
Azərbaycan BƏƏ-yə başsağlığı verib
Bugün, 16:11 SİYASƏT
-
44 yaşlı tiktoker cərimələndi
Bugün, 16:04 KRİMİNAL
-
Anar: "O pullar Yazıçılar Birliyinə qaytarılmalıdır"
Bugün, 15:52 PRESS
-
GENERALIN QIZI İLƏ GENERAL-MAYOR ARASINDA NİFAQ BÖYÜYÜR
Bugün, 15:38 GÜNDƏM
-
İcra başçısı "TikTok"da onu təhqir edən şəxsi tutdurdu
Bugün, 15:15 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub
Bugün, 15:08 CƏMİYYƏT
-
Havanın temperaturu 10 dərəcəyədək enəcək - Xəbardarlıq
Bugün, 14:56 GÜNDƏM
-
Məktəblərdə beşgünlük payız tətili başlayır
Bugün, 14:50 CƏMİYYƏT
-
İsrail Ordusu Livana hücuma başlayıb
Bugün, 14:26 DÜNYA
-
Azərbaycan Premyer Liqası: oyun cədvəli açıqlanıb
Bugün, 14:20 İDMAN
-
RƏSMİ MOSKVA QƏRBİN QARŞISINA "TƏSLİM PAKETİ" QOYUB: bir ölkə NATO-dan çıxmalı, üç ölkə qoşulmamalı... - Moldova və Ukrayna ilə bağlı ayrıca tələblər var
Bugün, 14:12 GÜNDƏM
-
Qaz limiti ləğv edilir? – AÇIQLAMA
Bugün, 13:57 GÜNDƏM
-
NAZİR MÜAVİNİN OĞLU RUS BLOGERLƏ EVLƏNİR - FOTOLAR
Bugün, 13:17 ŞOU-BİZNES
-
Müğənni Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Fantastik maaş
Bugün, 13:08 ŞOU-BİZNES
-
Sabahın hava proqnozu açıqlanıb
Bugün, 12:51 CƏMİYYƏT
-
RƏSMİ BAKI: "Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb"
Bugün, 12:46 SİYASƏT
-
ABŞ elitası hərbi bazalara sığınır - TƏHLÜKƏ ZƏNGİ, YOXSA...?
Bugün, 12:44 GÜNDƏM
-
Media və Yayım Şurası media subyektlərinə çağırış edib
Bugün, 12:38 SİYASƏT
-
Skaloninin müqaviləsinin müddəti uzadıldı
Bugün, 12:27 İDMAN
-
Keçmiş komanda yoldaşı Sergen Yalçını "topa tutdu": "Tezliklə qovulacaq"
Bugün, 12:21 İDMAN